Törəçi

Törəçi
8 avqust 2016
# 17:15

Südabə Babazadə

(Çölçülərə həsr edilir)

Ey törəçi, nə baxırsan...

Gözlərini səmalara, buludlara, başın üstən nə dartarsan?

Yenə yığdın qardaşları, bacıları, oğulları, həm qızları

Böyükləri, kiçikləri ətrafına...

Uzun ipli yollarını aşırıma, uçuruma

Enişinə, yoxuşuna, qissə-qissə, incə-incə nə calarsan?

Tər yarpaqlı, ovuc-ovuc al dodaqlı gülüşlərlə göyə baxan müti güllər

üzüşməyi, əzişməyi, ölüşməyi çox özləmiş,

təkər kimi, dilik-dilik pəncə-daban altda qalıb

tapdanmağı səndən ummuş...

Metal tiyə üstə pərçimlənmiş çomağınla

Torpaq iyli, kövrək qəlbli Yer tərkini bağrınacan nə çalarsan?

Yenə çıxdın Çöl üzünə...

Ya dairə çız, ya dörd bucaq, ya bir ox at

Görən harda ucu-bucağı bu çöllərin, düzənlərin,

əyri-üyrü relyeflərin bitəcəyi,

Görən harda sinə dolu nəriltinin yetəcəyi...

Ayağının iplərini evdə qoyub uzaqlara hey qaçarsan,

Sənə qədər bu çöllərdə kökün atmış, şaxələnmiş,

Uzun boylu, enli çətir şux ağaclar gözlərində bir tir olub dikəlirkən

Kürəyini qayalara nə sıxarsan?

İndi dincəl! Bir az düşün!..

Yumaq edib harda qoydun

Geridəki günlərini, aylarını, illərini...

Yaxınından, uzağından,

ev-eşikdən, qonum-qonşu məhləsindən

görəcəyin, güləcəyin, gözəl ömür sürəcəyin mənasızmı?

Biz başında, sənsə öndə

Yol uzunu ötür-ötür, sətir-sətir köhnə ömür təzələnir

Nə itgisiz, nə faydasız olmur əlbət ...

Yenə düşün!.. Həm xatırla!..

Bu torpağın altında da şəhər yatır,

Bu torpağın üstündə də bir el vardır...

Nə şəhəri tanıyırıq, nə də eli arayırıq.

Barı sən ol bir müjdəçi...

Yolun üstə addımını dayandırsan,

Qıy vuraraq, o elatı oyandırsan?...

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #