İrandan qayıdan nazirlik rəsmisi: “Bu, bizim üçün özəl festival oldu”

İrandan qayıdan nazirlik rəsmisi: <span style="color:red;">“Bu, bizim üçün özəl festival oldu”
8 may 2019
# 12:06

Xəbər verdiyimiz kimi aprelin 29-dan mayın 5-dək İran İslam Respublikasının Babol şəhərində 9-cu Vareş Beynəlxalq Film Festivalı keçirilib. Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra MirRza və prodüser Elşən Əliyev təmsil etmişlər.

Azərbaycanın “Qanadlı möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmləri festivalın müsabiqə proqramında iştirak edib və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Kulis.az tədbir iştirakçılarından Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyevlə qısa müsahibəni təqdim edir.

- Bu səfərin özəlliyi nədən ibarət idi?

- Bildiyiniz kimi bu səfər İranın Babol şəhərində keçirilən 9-cu Vareş Beynəlxalq Film Festivalında iştirak məqsədi daşıyırdı. Bu festivalda Azərbaycanın on iki filmi iştirak edirdi. Festivalın bizim üçün özəlliyi onda idi ki, burada filmlərimizin müsabiqə proqramında iştirakı ilə yanaşı, ayrıca bir “Azərbaycan proqramı” da təşkil edilmişdi. “Qanadlı möcüzə” qısametrajlı bədii filmi və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmlərimiz müsabiqə proqramında, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmlərimiz isə “Azərbaycan proqramı” çərçivəsində nümayiş olundu. Bundan əlavə, Azərbaycan kinosuna ayrıca bir tədbir də həsr edilmişdi.

- Bundan əvvəl filmlərimiz İran festivallarında necə qarşılanırdı?

- Azərbaycan filmləri vaxtaşırı olaraq İranda keçirilən festivallarda iştirak edir və maraqla qarşılanır. Misal üçün deyim ki, son on ildə “Nabat”, “Nar bağı”, “Buta”, “Yol”, “Bir addım”, “Koramal”, “Pəri Qala”, “Düyün” və s. filmlərimiz bu ölkədə Fərc, Tehran, İsfahan, “Rəhmət” və başqa beynəlxalq festivallarda “Qran-Pri”, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor” kimi əsas mükafatlara layiq görülüblər.

Görüntünün olası içeriği: 15 kişi, Elşad Ərşadoğlu dahil, gülümseyen insanlar, ayakta duran insanlar

- Filmlərimiz necə qarşılandı?

- Ümumiyyətlə deyim ki, İran kinosu bizim tamaşaçıya, bizim kino da İran tamaşaçısına məsələn, Avropa tamaşaçısından daha çox maraqlıdır. Bunun da əsas səbəblərindən biri odur ki, bir çox ortaq və oxşar mədəni dəyərlərə sahib olan bu iki ölkənin filmlərində təqdim olunan həyat tərzi, yaşam fəlsəfəsi bir-birinə çox yaxın və doğmadır. Bu baxımdan, filmlərimiz yenə də İran kino adamlarına, tamaşaçılarına maraqlı idi.

- Gələcəkdə bu sahədə İranla əməkdaşlıq düşünülürmü?

- İranla Azərbaycan arasında kino sahəsindəki əməkdaşlıq neçə illərdi davam etdirilir. Bu, həm birgə film istehsalında, həm də Azərbaycanda İran, İranda isə Azərbaycan kinematoqrafçılarının iştirakı ilə bir çox filmlərin çəkilməsində özünü göstərir. Demək olar ki, vaxtaşırı olaraq hər iki ölkədə qarşılıqlı kino günləri keçirilir. Keçən il bu kino günlərindən birində dünya şöhrətli İran rejissoru Məcid Məcidi ölkəmizə gəlmişdi. Məcidi ilə Bakıda Azərbaycan tamaşaçılarının maraqlı görüşləri oldu. Təbi ki, bu əlaqələr gələcəkdə həm birgə film istehsalı, həmdə digər istiqamətlərdə daha da inkişaf etdiriləcək.

- Sizcə dünyada qəbul olunan İran kinosundan necə faydalana bilərik?

- Bəli, bu gün İran kinosu dünyanın ən nüfuzlu film festivallarında vaxtaşırı olaraq iştirak edir və qalib olur. Dünya kino sənəti mühitində artıq İran kino məktəbi, İran kino estetikası anlayışları mövcuddur. Təbii ki, bu məktəbdən yaxşı mənada bəhrələnmək olar. Həm də mənə elə gəlir, biz Avropa kinosuna nisbətən İran filmlərindən daha çox faydalana bilərik. Necə ki, bu, bir çox müasir kinematoqrafçılarımızın yaradıcılığında özünü göstərir.

Görüntünün olası içeriği: 3 kişi, Elşad Ərşadoğlu dahil, oturan insanlar ve iç mekan

- İranla müştərək film istehaslı yenə olacaqmı?

- Əlbəttə, biz dövlət səviyyəsində İranla birgə çəkilmiş filmlər çəkmişik. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanın müstəqil kino şirkətlərindən biri İranla bədii film çəkdi. Düzdür, hazırda hər hansı konkret birgə layihə üzərində iş aparılmır, ancaq mən inanıram ki, maraqlı layihələr olacaq və İranla birgə yeni filmlər çəkiləcək.

# 2521 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #