Ramiz Əzizbəyli:“Qoca olduğum üçün mənə film vermirlər”

Ramiz Əzizbəyli:“Qoca olduğum üçün mənə film vermirlər”
15 may 2013
# 11:50

“Artıq qoca olduğum üçün mənə film vermirlər”. Bunu APA-ya açıqlamasında xalq artisti, professor Ramiz Əzizbəyli deyib.

Onun sözlərinə görə, son illər təkcə pedaqoji fəaliyyətlə məşğuldur: “Son çəkdiyim və tamaşaçıların da bu günə kimi sevə-sevə seyr etdiyi film “Bəxt üzüyü” filmidir. O filmdən sonra başımı qatmaq üçün Orxan Fikrətoğlunun bir əsərini verdilər, öz ssenari müəllifliyimlə çəkdim. Bu filmə ilk baxış 2006-cı ildə oldu. O gündən bu günə kimi də heç bir film verməyiblər. Bir də iki il öncə Oqtay Mirqasımovun “İntiqam almadan ölmə” filminə baş rolda, Salman rolunda çəkilmişəm. Bu filmə ilkin baxış oldu və şəxsən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev filmi bəyəndi. Amma sonradan bəlli oldu ki, bu filmin də tamamlanması üçün lazım olan maliyyə vəsaiti ayrılmayıb. Ad qoyublar ki, guya gənclərlə işləyirlər. Cavanların da çəkdiyi filmlərdən çox olsa, ikisini xalq bəyənir, ya da bəyənmir. İndi bilmək istəyirəm ki, bu dövlətin pulları hara gedir”.

R.Əzizbəylinin fikrincə, bu sənət belədir ki, rejissor yaşa dolduqca dahiləşir: “Mənim adımı qoca qoyub yaradıcılıqla məşğul olmağıma şərait yaratmırlar. Halbuki vaxt olub rejissorluğa ancaq 40 yaşından sonra başlayıblar ki, qoy təcrübə olsun. Elə mən də “Bəxt üzüyü” filmini 42 yaşımda çəkmişəm”.

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov APA-ya açıqlamasında bildirib ki, çəkilişə film verilməsi üçün gərək layihə təqdim edilsin: “Ramiz müəllim nə vaxt layihə təqdim etdi ki, biz qəbul etmədik? Film verilməsi üçün gərək layihə təqdim edilsin. O ki qaldı “İntiqam almadan ölmə” filminə, bu barədə “Azərbaycanfilm” kinostudiyasından soruşun.”

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov isə APA-ya bildirib ki, film tamamlanmaq üzrədir: “Maliyyə məsələləri ilə bağlı söylənilən iddia həqiqətə uyğun deyil. Filmin sadəcə post-prodakşın işləri qalıb ki, bunu da filmin müəllifi Oqtay Mirqasımov xarici şirkətlərdən birində etmək istədi. Biz də kinostudiya olaraq həmin şirkətlə müqavilə bağladıq. Hazırda film həmin şirkətdə öz növbəsini gözləyir. Yaxın zamanda bu işlər də tamamlandıqdan sonra film tamaşaçıların ixtiyarına veriləcək”.

Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşırlar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır. Ekran əsərinin intriqa yaradan adının açıqlaması sonda aydın olur. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir.

# 3331 dəfə oxunub

Oxşar xəbərlər

Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr

Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr

10:40 7 iyul 2026
750 minə çəkildi, 400 milyon qazandı

750 minə çəkildi, 400 milyon qazandı

10:17 7 iyul 2026
“Astarada kino günləri”  başa çatdı

“Astarada kino günləri” başa çatdı

17:02 6 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
“Qeybolma”  filminin çəkilişlərinə başlanıldı

“Qeybolma” filminin çəkilişlərinə başlanıldı

14:00 6 iyul 2026
"Polis müharibələri"nin aktyoru vəfat etdi

"Polis müharibələri"nin aktyoru vəfat etdi

12:00 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər