“Leyli və Məcnun” Gənc Tamaşaçıların səhnəsində

“Leyli və Məcnun” Gənc Tamaşaçıların səhnəsində
16 iyun 2016
# 15:31

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlıq işlərinə başlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar Artist Nicat Kazımovdur.

Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə olan yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

İlk dəfə dramatik janrda hazırlanacaq yeni səhnə əsərinin premyerasının 89-cu teatr mövsümünün əvvəllərində təqdim olunması nəzərdə tutulub. /Azərtac/

# 1935 dəfə oxunub

Oxşar xəbərlər

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

14:00 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər