"7 oğul"dan biri: "Heç kimdən heç nə ummuram"

"7 oğul"dan biri: "Heç kimdən heç nə ummuram"
6 fevral 2015
# 14:42

Bu gün Xalq Artisti, kino və teatr aktyoru Rafiq Əzimovun ad günüdür.

Tamaşaçı yaddaşına yeddi oğuldan biri kimi həkk olunmuş aktyorun 77 yaşı tamam olur.

Kulis.az aktyorla söhbət təqdim edir:

- Rafiq müəllim, ad gününüzü necə qeyd edirsiniz? Hansısa tədbirlər olacaqmı?

- İctimai Televiziyada çəkilşdə idim. Mən heç yerdən heç nə ummuram. Elə tamaşaçılar zəng edir, siz jurnalistlər zəng vurub təbrik edirsiniz, heç gözləmədiyim adamlar məni yad edir. Bu, mənim bəsimdi.

- Təqaüddəsiniz, amma tamaşaçılarla ünsiyyətiniz var- repertuardakı tamaşalarda oynayırsınız...

- Elədir, məsələn, “Əmir Teymur” da Şeyx Buxarini oynayıram, “Teleskop”da, “Gəncə qapıları”nda, “Qarabağnamə”də oynayıram.

- Film çəkilişləriniz yoxdur ki?

- Yox. Hələ yox. Sonuncu “Buta” filmində oynamışam. Film də çox uğurlu oldu, nə qədər ölkədə, festivallarda oldu, mükafatlar qazandı.

- Özünüz ən uğurlu rolunuz olaraq hansını qeyd edərdiniz?

- Bunu mən yox, tamaşaçı deyə bilər. 70 illiyimdə nazirlik mənə həsr olunmuş kitab çap etmişdi. Orada təqdim olunan sorğuda iştirak edənlərin çoxu “Yeddi oğul istərəm”dəki Şahsuvarı qeyd etmişdi. Halbuki, çox filmə çəkilmişəm. İlk filmim isə “Lenfilm”in “Mənim əziz atam” filmi olub. O filmə Lyudmila Qurçenkio, Aleksandr Demyanenko çəkilmişdi. 70 –ci ildə isə “Azərbaycanfilm”də “Yeddi oğul istərəm"ə çəkildim. Sonra "Qızıl qaz”, “Mənim günahım”, “Nə gözəldir bu dünya”, Yaşamaq gözəldir..”... Onlarla film.

Mən nikbin adamam, teatrın kinonun gələcəyinə inanıram. "Azərbaycanfilm"də yaxşı filmlər olacaq. Su gələn arxa bir də gələr deyiblər.

- Rafiq müəllim, həyatınızın ən böyük fərəhi nədir?

- Ötən ilin sonunda nəticəm dünyaya gəlib. Həyat yoldaşımın adını qoymuşuq ona-Nigar Əzimova. Mənim üçün ən böyük sevinc odur. Bu ömrü yaşamaq hər adama qismət olmur. Sağlamlığımdan şikayətim yoxdur. Nə qədər canımda su var tamaşaçıların qarşısına yeni-yeni rollarla çıxmaq istəyirəm.

# 2194 dəfə oxunub

Oxşar xəbərlər

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

18:53 29 oktyabr 2025
Astarada film çəkilişində film kimi dava:  "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

Astarada film çəkilişində film kimi dava: "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

18:24 29 oktyabr 2025
Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

10:58 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər