Qurban kəsməyə qarşı çıxan azərbaycanlı rejissor

Qurban kəsməyə qarşı çıxan azərbaycanlı rejissor
24 yanvar 2014
# 09:00

Anar Abbasov Rusiyada yaşayan azərbaycanlı rejissordur. 38 yaşı var. Səkkiz ildir ki, kino sənəti ilə məşğuldur. Əsasən art-house filmlər çəkir. Rejissorun diplom işi olan “Qurban” qısametrajlı filmi bir sıra kinofestivallarda iştirak edib, “Artkino” festivalının Qran-Pri mükafatını qazanıb.

Klermon-Ferrane festivalında münsiflərin xüsusi mükafatını qazanıb.

Kulis.az Anar Abbasovun snob.ru saytındakı müsahibəsini təqdim edir.

Qurban mərasimi

“Qurban” filminin ideyası hələ ikinci kursda oxuyanda yaranmışdı. Bu ideyanı həyata keçirmək üçün müəyyən vaxt lazım idi. Qurban mərasimi məni uzun müddət narahat etsə də fikirlərimi kino dili ilə ifadə etməyə heç cürə imkanım yox idi. İndi mənə elə gəlir ki, problem ssenaridə idi. Situasiyadan çıxmağa mənə atam kömək elədi. Məsələ burasındadır ki, bu yaxınlara qədər onun nəvələrinin hamısı qız idi və onun yeganə arzusu oğul nəvəyə sahib olmaqdı. O mənə nənəmin yaşadığı kəndin yaxınlığındakı müqəddəs dağı göstərdi. Mən bu yerə vuruldum.

Kastinq

Baş rolu oynayacaq aktyoru tapmaq axtarışlarım uzun çəkdi. Mən demək olar ki, Azərbaycandakı bütün aktyorları nəzərdən keçirsəm də onlardan heç biri tam uyğun gəlmirdi. Moskvaya qayıdandan sonra isə təsadüfən Azərbaycan serialına tamaşa elədim və başa düşdüm ki, bu serilada epizodik rol oynayan Sərvər Şahbəyli mənim filmimə ideal şəkildə uyğun gəlir. Mən onu tapdım, kastinqə dəvət etdim və qəti şəkildə əmin oldum ki, o mənə lazım olan adamdır.

Quzu

Çəkilişlər Azərbaycanda, Kiçik Qafqazda Haça qaya deyilən müqəddəs dağda oldu. Bu dağı atam nişan verdi, qalan yerləri isə əmim göstərdi. Çəkilişlər asan başa gəlmirdi. Çünki mən öz hesabıma çəkirdim. Biz uzun müddət quzu axtardıq, əvvəl-əvvəl onunla işləmək çətin idi, amma sonra o bizə öyrəşdi. Yanımızdan çəkilmirdi. Uçuruma düşmə səhnəsini aktyor özü oynayırdı, əməlli-başlı qorxmuşdu. Quzu isə mənim bildiyimə görə hələ də yaşayır.

Sürücülük vəsiqəsi

Çəkilişlər vaxtı müxtəlif əngəllər ortaya çıxırdı. Ən yaddaqalan bu oldu ki, sən demə bizim aktyor avtomobil sürməyi bacarmırmış. Onun sürücülük vəsiqəsi almasına zamanımız yox idi. Belə çətin situasiyadan hiyləgərliklə çıxmağa məcbur olduq. Biz sürücünü oturacağın altında gizlətdik.

Bu film sənədli üslubdadı. Buna görə də mən kinonu maksimum şəkildə o ərazilərin reallığı yaxınlaşdırmaq istəyirdim. Filmin bəzi səhnələri həqiqətən də sənədlidir. Bu qurmankəmə mərasimi olan səhnələrdir. Bundan başqa filmdə qeyri-professional aktyorlar da çəkilib. Bu üslub mənə çox yaxındır, müəllif filmlərini sevirəm.

“İncil”

Hal-hazırda tam metrajlı filmin ssenarisi üzərində çalışıram. Hadisələrin əsasını “İncil”dəki əhvalat, İsanın səhrada imtahanı təşkil edir. Mən İsanın səhrada 40 gün imtahan olunması hadisəsini nəql etmək istəyirəm. Bu mənə ona görə maraqlıdır ki, bu hadisə İsanın həyatında dönüş nöqtəsi idi. Bundan sonra öz etiqadını yaymağa başlamışdı. Bu mənə niyə yaxındır? Mənə həmişə bu ayinin məğzi maraqlı olub. Bu, Tanrını başa düşmək üçün açardır. Məncə bu müstəqil film olacaq, çünki bu “İncil”dəki hadisəyə mənim müəllif baxışımdır.

# 5409 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #