Geyşa bacısının taleyini film edən rejissor

Geyşa bacısının taleyini film edən rejissor
15 fevral 2014
# 08:30

Kulis.Az “Baxılası 50 film” layihəsində Kendzi Midzoqutinin “Yağışdan sonra ayın nağılı” filmini təqdim edir.

Kendzi Midzoquti (1898-1956) Y.Odzu, A.Kurosava ilə yanaşı yapon kinematoqrafiyasını dünyada tanıdan usta rejissorlardan biridir.

Midzoquti yoxsul ailədə doğulub. Bu səbəbdən böyük bacısı başqa ailəyə satılıb. Sonralar bacısının geyşa olması, atasının despotizmi, anası və digər bacıları ilə sərt, amansız rəftarı rejissorun dünyaya baxışına, yaradıcılığına əhəmiyyətli təsir göstərdi.

Onun filmlərinin əksəriyyəti ailə faciəsinin traktovkasıdır və bu ekran əsərlərində qadın bədbəxtliyi, qadın hüququ məsələsi önəmli yer tutur (“Qadınlar güclüdür”, “Sevimli qızım”, “Mərhəmətli quş”).

Əvvəlcə, dizayner, daha sonra aktyor kimi fəaliyyət göstərən Midzoquti bir neçə il sonra ilk filmi “Sevginin doğulması”nı çəkir.

O, adətən səhnələri bir planla işləyir. Mürəkkəb kamera hərəkətlərinin tam ifadəsi üçün montajdan imtina edir.

Rejissor ilk filmlərini alman ekspressionizminin təsiri altında lentə alıb. Yaradıcılığının ilk on ilində 50-yə yaxın film ekranlaşdırsa da onların əksəriyyəti itib.

1950-ci illərin əvvəlində o, dzidaygeki janrnda (Əsasən, samuray dövrünü əhatə edən bu janr folklor və tarixin qarışığıdr) ən mühüm filmlərini yaradır: “Oxarunun həyatı” , “Yağışdan sonra ayın nağılı”.

Bu gün rejissorun yaradıcılığının və ümumiyyətlə, dünya kinosunun vacib filmlərindən biri ”Yağışdan sonra ayın nağılı”nı təqdim edəcəyik.

Film Akinari Uedin 1776-cı ildə kaydan (fövqəl qüvvələr, ruhlar, iblisdən bəhs edən folklor janrı) janrında yazdığı “Dumandakı ay” əsəri əsasında ekranlaşdırılıb.

...XVI əsrin Yaponiyasında daxili müharibə gedir. Kənddə iki qonşu ailədən birinin başçısı dulusçu Gendzyuronun məhsulları yaxşı satılır. Tamaakarlıq ona güc gəlir, daha çox küpə, bardaq satmaq üçün şəhərə gedir və sirli, naməlum qadına vurularaq ailəsini unudur. Günlərin birində rastlaşdığı qoca ona bu qadının ölülər dünyasının şahzadəsi, evin isə xarabalıq olduğunu deyir.

Gendzyro səhv etdiyini anlayır, ailəsinə qayıdır, amma arvadını quldur dəstəsinin öldürüldüyünü görür. Digər qonşu Tobei isə məşhur samuray olmaq üçün evdən gedir. Onun arvadını isə əsgərlər zorlayır. Və Tobei təsadüfən arvadı ilə bordeldə rastlaşır.

Bu filmdə də əsas qəhrəman, fədakarlıq edən, qurban qadınlardır. Rejissor mistizm və reallıq arasında sərhədləri qırır, onları qarışdıraraq gözlənilməz situasiyalar yaradır, seyrçini çaşdırır.

Montajdan yalnız səhnələri birləşdirmək üçün istifadə edib. Fasiləsiz planla bir məkandan başqa məkana ustaca keçir.

Film Venesiyada “Gümüş ayı” mükafatı alıb.

Maraqlı faktlar

***

Qəzetlərdən birində rəssam işləyən Midzoquti Sovet İttifaqını müdafiə edən nümayişlərdə iştirak etdiyi üçün işdən qovulub.

***

27 yaşında münasibətdə olduğu bir fahişə onu ülküclə yaralayır. Həmin vaxt rejissor “Nikkatsu” studiyasında çalışırmış. Bu skandal onun işlədiyi şirkətin nüfuzuna xələl gətirdiyi üçün rejissoru işdən kənarlaşdırırlar.

***

Geyşa olan bacısının taleyi onu o qədər mütəəssir edir ki, o, geyşalardan bir neçə film çəkir: “Geyşa”, “Qırmızı fənərlər küçəsi”.

***

Rejissorun öz ölkəsində köhnə dəbli hesab olunan filmləri ona dünya şöhrəti gətirib.

***

Leykemiyadan vəfat edən Midzoquti Tarkovskinin sevimli rejissorlarından biri idi.

Filmə burdan baxa bilərsiz.

Vittorio De Sikanın “Velosiped oğruları” filmi.

Fransua Trüffonunun “400 zərbə” filmi.

Abbas Kiarostaminin “Albalı dadı” filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet “On iki qəzəbli kişi” filmi.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 4435 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər