Bakıda Yevgeni Knyazevin monotamaşası olacaq

Bakıda Yevgeni Knyazevin monotamaşası olacaq
13 mart 2019
# 16:11

Aprelin 16-da saat 20-də Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının xalq artisti Yevgeni Knyazevin “Qaratoxmaq qadın” monotamaşası təqdim olunacaq.

ONA xəbər verir ki, tamaşa rus şairi Aleksandr Puşkinin “Qaratoxmaq qadın” povestinin motivləri əsasında hazırlanıb.

Y.Knyazev tanınmış teatr və kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə həmin teatrda “Qaratoxmaq qadın” tamaşasında German rolunu oynayıb. Əsərə Pyotr Fomenko quruluş verib. Bundan illər sonra Y.Knyazev səhnədə tərəf müqabillərindən imtina edir və “Qaratoxmaq qadın”ı tək yaradır: yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayır.

Minimum dekorasiyadan istifadə edilən səhnədə Y.Knyazevin parlaq ifası, qəhrəmanları ustalıqla canlandırması tamaşaçılara A.Puşkin yaradıcılığının sehrinə düşməyə imkan verəcək.

Y.Knyazev Y.Vaxtanqov adına Teatrın səhnəsində onlarla obraz yaradıb, eyni zamanda bir sıra digər teatrlarla əməkdaşlıq edib. O, kinoya ilk dəfə 1983-cü ildə çəkilib, debütünü “Gecikmiş məhəbbət” filmində epizodik rolla edib. Daha sonralar aktyor filmlərdə baş rollarda oynayıb, həmçinin bir neçə ekran əsərində tarixi obrazlar yaradıb, 2000-ci illərdə isə teleseriallara çəkilməyə başlayıb. Y.Knyazev Volf Messinq, İosif Stalin, Lev Trotski, Boris Pasternak kimi tarixi obrazları böyük ustalıqla yaradıb. Y.Knyazev həm teatrda, həm də kinoda oynadığı rollarla tamaşaçıların böyük sevgisini qazanıb.

Monotamaşaya biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

# 3430 dəfə oxunub

Oxşar xəbərlər

Tahir Tahiroviç: "O studiya yenidən ictimaiyyətə qaytarılmalıdır!"

Tahir Tahiroviç: "O studiya yenidən ictimaiyyətə qaytarılmalıdır!"

13:40 24 dekabr 2025
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

14:57 20 dekabr 2025
“Maqsud Şeyxzadə”  bədii filmi çəkiləcək

“Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək

12:44 19 dekabr 2025
"Fərqli” gördüyü yadplanetliyə bağlanır...  - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir?

"Fərqli” gördüyü yadplanetliyə bağlanır... - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir?

16:00 18 dekabr 2025
Qalmaqallı serialın yayımı dayandırıldı

Qalmaqallı serialın yayımı dayandırıldı

13:31 17 dekabr 2025
Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

12:13 17 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər