Bülənt Ərsoy və Bəsti Sevdiyeva oxşarlığı

Bülənt Ərsoy və Bəsti Sevdiyeva oxşarlığı
23 fevral 2015
# 10:59

Şəmsiyə NAMAZLI

Tibb və fəlsəfə üzrə fəlsəfə doktoru

Adətən bir millətin aydınlarına-ziyalılarına, düşüncəlilərinə və musiqi mədəniyyəti tarixini yaşadanlara o millətin seçilmişləri adını verirlər. Seçilmişlər nə qədər yüksək təhsil və tərbiyə görmüş insanlar olsalar da, hər hansı bir xalqın musiqi mədəniyyəti tarixinə daxil olmaq üçün o xalqın milli-mənəvi dəyərlərinə söykənən musiqisini əxz etməlidirlər. Bu, janrdan asılı olmayaraq opera, muğam, estrada və ya bir neçə dəqiqəlik yaşam tarixi olan mahnı da ola bilər. Yetər ki, peşəkarcasına ifa olunsun. Bu baxımdan Bəsti Sevdiyevanın türk musiqi dünyasının nəhəngi Bülənt Ərsoy repertuarının şedevrlərindən hesab olunan “Bir mən, bir Allah bilir” əsərinə müraciət etməsi çox cəsarətli yanaşmadır.

Çağdaş dövrdə dünya musiqi mədəniyyəti tarixində çox az sənət adamı tapılar ki, texniki vasitələrin müdaxiləsi olmadan hər hansı bir musiqi əsərini ifa edib ərsəyə gətirsin. Çünki “Bir mən, bir Allah bilir” əsəri səs tonu imkanlarına görə çox riskli, çətin ifa olunan mahnıdır. Ona görə ki, bu əsəri oxuyacaq hər kəs ifanın olumlu və olumsuz tərəflərini göz altına almalıdır.

Bəsti Sevdiyeva həm yaradıcılıq, həm milli təfəkkür baxımından mürəkkəb və zəngin şəxsiyyət olan Bülənt Ərsoy repertuarından seçilmiş və hər dinləyicinin də asanlıqla həzm edə bilməyəcəyi “Bir mən, bir Allah bilir” əsərinə fərqli bir nəfəs verdi.

Bir millət-iki dövlət olan Azərbaycan və Türkiyə musiqi mədəniyyəti tarixinə iki nəhəng səs sahibi Bülənt Ərsoy – Bəsti Sevdiyeva bir-birindən xəbərsiz ifaları ilə milli-mənəvi dəyərləri türk millətinin yaddaşına daşıdılar. Bununla iki möcüzəli səs sahibi bu cür nadir boğazların həm türk milli sənət dünyasına məxsusluğunu, həm də millətin milli mədəniyyətin canlı muzeyi olmasını təsdiqləmiş oldular.

Mən Bəsti Sevdiyevanın ifasında muğam, xalq, bəstəkar mahnılarını çox dinləmişəm. Doğrusu, onun türk dünyasında sayğı duyulan belə bir əsərə müraciət etməsi məni təəccübləndirmədi. Çünki onun səs diapazonu bu və ya bundan da yüksək tonlu mahnıların ifasına köklənmişdir. Əsəri dinlərkən daxilimdə yaşarı duyğular oyandı və sanki bir anlığa türk musiqi dünyasında yeni bir İntibah dövrünün açılışını hiss etdim. Çünki Bəsti Sevdiyevanın bu oxusu həm milli, həm də kamil idi. Bəsti Sevdiyeva “Bir mən, bir Allah bilir” əsərini İntibah sənətkarlarına məxsus tərzdə oxuduğundan, çəkinmədən azsaylı bu cür ifaları türkçülüyün “estetik proqramı” kimi dəyərləndirərdim.

Bəsti Sevdiyevanın peşəkarlığı ondadır ki, o, hər ifasında öz-özünü təkrar etmir, əksinə hər yeni işində qeyri-adiliyin əbədiliyinə ucalır. Bu keyfiyyətlər isə onun ruhu kimi, ilhamı kimi könlünün də zəngin bir sənətçi olduğuna işarədir.

Bəsti Sevdiyeva həm millətinə, ailəsinə bağlı, kin-küdurətsiz, düşündüyünü cəsarətlə söyləyən, həm də əyilməz vüqarıyla incə ruha sahib şəxsiyyətdir.

Bəsti Sevdiyevanın sadaladığımız xarakterlərini “Bir mən, bir Allah bilir” əsərində aydınlaşdıran məqamlar olduğundan, onun ifa baxımından mürəkkəb və çətin bir əsərə müraciət etməsi heç də təsadüfi deyil. Çünki onun şimşək, göy gurultusu kimi kükrəyən ifası da özü kimi cəlbedici, sünilikdən uzaq və iti ağlının məhsuludur. Bu səs, Bəsti Sevdiyevanın özü kimi hər zaman sadəlikdən mürəkkəbə doğru addımlayaraq, insan beyninin bioritmlərinə köklənib.

Bəsti Sevdiyeva sənət aləmində, Ömər Seyfəddinin dediyi kimi “... bir zərbədə kəsilmiş otlar kimi bir-birilərinə bənzər yaradılmışlar...”dan olmayıb, hər ifasıyla sənət dünyasına yeni bir dad gətirən, ona öz möhürünü vuran ustaddır.

Hesab edirəm ki, əgər Bəsti Sevdiyeva bütün yaradıcılığı boyu yalnız “Bir mən, bir Allah bilir” adlı bir əsər oxumuş olsaydı belə, bu ifasıyla türk musiqi dünyasında qüdrətli sənətkarlar sırasında dayanmış olardı.

Müasir dövrdə yetərincə göbələk kimi artan bayağı musiqilər təbliğ edildiyindən insanlar onu dinləmək məcburiyyətində qalırlar. Belə musiqi dinlənilmir, dinlətdirilir. Zövqlərin qarışdığı, monoton musiqilərin atmosferi dövründə Bəsti Sevdiyevanın “Bir mən, bir Allah bilir” əsərini ustalıqla ifa etməsi “ac” qulaqlara bir xoş avaz gətirdi. Bəsti Sevdiyeva bu ifası ilə həm düşündürdü, həm dinlətdi, həm də əsərin məzmun və dərinliyinin müəllifə, ruhunun isə özünəməxsusluğunu təsdiqləmiş oldu.

Hesab edirəm ki, gözlərini qapayar-qapamaz, sabun köpüyü kimi dağılmış, uçub getmiş bayağı, yüngül, qeyri-peşəkar musiqi ifaçılarından fərqli olaraq, Bəsti Sevdiyeva Azərbaycan musiqi fəlsəfəsinin nəhəng təmsilçisi olaraq qalacaq./525.az/

# 1707 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

12:55 4 noyabr 2025
“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər