"Anar yeni əsərlər yazmır..."

"Anar yeni əsərlər yazmır..."
14 dekabr 2012
# 18:26

“, buna görə də tamaşaya qoyulmur”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar “Kulis.az” saytına müsahibəsində bildirib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ona artıq yad gəlir.
“Tofiq Kazımov, Həsən Turabov öləndən, Şəfiqə, Fuad Poladov, Amaliya Pənahova teatrdan gedəndən sonra ora mənə yad gəlir” deyən xalq yazıçısının fikrinə teatrın hazırki direktoru belə cavab verib:

“Anarın əsərləri dəfələrlə teatrda, “Şəhərin yay günləri”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Adamın adamı” əsərləri isə məhz “Azdrama”da səhnələşdirilib. Lakin son on ildə yeni əsər yazmayıb. Özüm də şəxsən Anara müraciət etmişəm ki, yeni əsər yazsın, bizdə də tamaşaya qoyulsun. Çünki dramaturgiyaya ehtiyacımız var. Yazıçının son əsəri axırıncı dəfə on il bundan əvvəl tamaşaya qoyulub”.

# 3000 dəfə oxunub

Oxşar xəbərlər

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

10:20 20 oktyabr 2026
Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

14:40 19 oktyabr 2026
“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

14:24 19 oktyabr 2026
London Film Festivalı  Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

London Film Festivalı Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

11:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər