Həbsxanada film nümayiş olunub

Həbsxanada film nümayiş olunub
29 dekabr 2017
# 17:09

Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir sıra Azərbaycan filmləri təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, təqdimat mərasimi nazirliyin və Penitensiar Xidmətin nümayəndələri, habelə filmlərin yaradıcı heyətinin üzvlərinin iştirakı ilə reallaşıb.

Belə ki, xidmətin Qadın İslah Müəssisəsində “Həddən artıq uyğunluq”, 16 saylı Cəzaçəkmə müəssisəsində “Vəkil hanı?”, 11 saylı Cəzaçəkmə Müəssisəsində isə “Xeyirlə şərin rəqsi” bədii filmləri nümayiş edilib. Hər üç film dövlət sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

Qeyd edək ki, “Həddən artıq uyğunluq” və “Vəkil hanı?” filmlərinin quruluşçu rejissoru Ülviyyə Könül, “Xeyirlə şərin rəqsi” filminin quruluşçu rejissoru isə Yavər Rzayevdir.

# 2948 dəfə oxunub

Oxşar xəbərlər

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

14:00 8 iyul 2026
Məşhur reper Lermontovu oynayacaq

Məşhur reper Lermontovu oynayacaq

10:11 8 iyul 2026
Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr

Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr

17:33 7 iyul 2026
Corc Kluniyə fəxri "Qızıl Şir" veriləcək

Corc Kluniyə fəxri "Qızıl Şir" veriləcək

14:30 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər