Qadından qorxan rejissor

Qadından qorxan rejissor
20 fevral 2015
# 10:54

Resenziya

”Çıxan can geri gəlməz...

Ölən adam dirilməz...

Lopa-lopa qarlar yağsa, yaza qalmaz...

Gül-çiçəkli göycə çəmən payıza qalmaz...

“Dədə Qorqud”dandır.

Bunları bilməyən varmı? Yox. Amma insanların tapındığı bu ilkin həqiqətlər niyəsə bu günədək öz hikmətini qoruyub. “Dədə Qorqud” boyları bu söyləmələrlə başlayır.

YUĞ teatrında yenicə hazırlanan “Boy” tamaşasının rejissoru Tərlan Rəsulov Dədə Qorqud əhvalatlarını-daha doğrusu, “Basatın Təpəgözü öldürdüyü boy”u yunan mifləri ilə calaşdırıb, tamaşa boyu Dədə Qorqud (Məmməd Səfa) gah Nuh peyğəmbərə dönür, gah Poseydona. Səhnənin ortasındakı taxtalar da gah Nuhun gəmisi olur, gah Odisseyin qayığı, gah Prometeyin zəncirləndiyi qaya, gah Təpəgözün mağarası... “Boy” tamaşasında rejissor “Dədə Qorqud”u “XII əsrə aid türk dastanı” məhdudluğundan çıxarıb, onu miflərlə yanaşı qoyub.

Bir-birinə keçməklə əhvalatlar qohumlaşır, arxetiplər xatırlanır, assosiasiyalar oyanır, bura insanın ölməzlik otu nostaljisi, əbədilik arzusunun nakamlığı da qarışır. “Boy”da qadın qəhrəmanlar bütün əhvalatların təhrikçisi, fitnə fəsad mənbəyidirlər. “Dovşana qaç, tazıya tut” deyirlər. Prometeyə odu da onlar verir, qandala da onlar salır, Təpəgözə sehrli üzüyü də qadın verir, o üzüyün sirrini, Təpəgözü öldürməyin yolunu də Basata o açır...

Tərlan Rəsulovun “Boy” tamaşasında qadınlar bilinməz sirr mənbəyidirlər, qorxulacaq məxluqdurlar. Hərəsi əlindən bir yumaq atıb, sirləri çözməyə təhrik edirlər. Kişi qəhrəmanlarsa həşir içində ora-bura qaçır, sirr çözür, ölümsüzlük soraqlayır, müdriklik axtarırlar... Ölən adam dirilməzsə bu insanlar niyə ölməzlik otu axtarır?

“Dədə Qorqud”dakı söyləmələrin nə qədər sadə həqiqətlər olduğunu, hətta həqiqət yox, təbiət qanunları olduğunu yazmışdıq deyilmi?

Amma buyurun baxın; insan bunca sadə həqiqətlərlə çarpışıb vuruşur, mübarizə aparır.

“Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çatmayınca kimsə ölməz.
Ölən adam dirilməz, çıxan can geri gəlməz”.

Tamaşa seyrçiyə heç nə demir, heç nəsə demək iddiası ilə adamı yormur da. Bəşərin ehtirasları fraqmental şəkildə gözünün qarşısında canlandırılır. Sanki tamaşaçıya əhvalata “boy”lanmağa rakurs təyin olunub, amma nəyəsə fokuslanmayıb. Qəhrəmandan qəhrəmana keçən aktyor oyunundan, mifdən dastana keçən mətndən, bunları bir kalleydoskop işıqlandıran tamaşadan həzz ala bilirsənsə, al. Məmməd Səfa, Yaqut Paşazadə, Təranə Atacan, Könül Cəfərzadə, Vüqar Hacı, Elgün Həmid, Amid Qasımov bunun üçün bütün peşə imkanlarını, öz spesifik aktyor metodikalarını toparlayıb, işləyiblər. İstərsən, gəl, bax, “boy”lan...

# 1677 dəfə oxunub

Oxşar xəbərlər

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

13:05 18 yanvar 2025
Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

12:30 18 yanvar 2025
Xalq artisti Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü

Xalq artisti Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü

11:28 18 yanvar 2025
Devid Linçin ən yüksək reytinqli 10 filmi

Devid Linçin ən yüksək reytinqli 10 filmi

11:07 18 yanvar 2025
Məşhur aktyor “Kuruluş Osman”dan getdi

Məşhur aktyor “Kuruluş Osman”dan getdi

10:27 18 yanvar 2025
Azərbaycanlı rejissorun filmi Berlində

Azərbaycanlı rejissorun filmi Berlində

16:40 17 yanvar 2025
# # #