Qadın filmi odur ki...

Qadın filmi odur ki...
15 may 2013
# 07:00

“Əgər siz yeni qorxu filmlərini sevirsizə, o zaman televiziyada axşam xəbərlərini qaçırmayın”.

Naməlum müəllif

“Hər halda səssiz kinoya acıyıram. Bunu görmək necə də böyük zövq idi: qadın ağzını açır və səsi eşidilmir”.

Çarli Çaplin

“Qadın filmi odur ki, arvad bütün film boyu ərinə xəyanət edir, finalda isə ər bağışlanması üçün arvadına yalvarır”.

Oskar Levant (Amerika aktyoru, komik)

“Pis filmdə çəkilmək əbədiyyətə tüpürmək kimidir”.

Faina Ranevskaya (rus aktrisası)

“Hollivudda yazıçıya insan varlığının ilk qaralaması kimi baxırlar”.

Frank Deford (Amerika yazıçısı)

“Hər bir film triller olmalıdır. Hətta əgər o, yalnız sadə sevgi hekayətidrsə”.

Bernardo Bertoluççi

“Psixoloji vestern odur ki, kovboy artıq atından ağıllı görünür”.

Andre Qillua (fransız yumoristi)

“Mən həmişə demişəm ki, qadın yaxşı qorxu filmlərinə bənzəməlidir: təxəyyülə nə qədər çox yer qalırsa, bir o qədər yaxşıdır”

Alfred Hiçkok

“Mən elə bilirdim ki, kinodram qəhrəmanın ağlamasıdır. Yanılmışam. Kinodram tamaşaçıların ağlamasıdır”.

Frank Kapra (Amerika kinorejissoru)

“Bu filmdə iki şey doğru təsvir edilib: dəvələr və qum”.

(Amerika ədəbiyyatçısı Louell Tomas “Ərəbistanlı Lourens” filmi haqda)

“Pornofilmlər telefon kitabçası kimidir: çoxlu nömrələr var və heç bir hərəkət yoxdur”.

Yurgen fon der Lippe (alman aktyoru, komik)

“Amerika film ssenarilərini pis təhsilli insanlar ağıldan kəmlər üçün yazır”.

Con İrvinq

“Müasir kinonun bədbəxtliyi lazımsız dialoqlardadır”.

Rene Kler (fransız rejissoru)

“Hər kəs Keri Qrant olmaq istəyir. Hətta mən özüm də”.

Keri Qrant (aktyor)

“Aktrisalarla evlənməyin, onlar yataqda da aktrisadılar”.

Roberto Rosselini

“Filmlərim o kateqoriyaya aiddir ki, onları yalnız həbsxanalarda və təyyarələrdə göstərirlər, çünki tamaşaçının ordan çıxması mümkün deyil”.

Bert Reynolds

“Kitab mağazasında asılmış plakat: Hollivud bu mükəmməl romanı zibilə çevirməmiş onu alın”.

Naməlum müəllif

“Əgər mənim romanlarım bir az pis olsaydı Hollivuda dəvət edilməzdim. Yox, əgər daha yaxşı olsaydı, ora getmək lazım olmayacaqdı”

Reymond Çandler

“Hollivud dünyada ən böyük oyuncaq dəmiryoludur”

Orson Uelles

“Bu bizim səhvimizidir. Ona daha yaxşı rol vermək lazım idi”.

Kinomaqnat Cek Uorner Ronald Reyqanın Kaliforniyada qubernator seçilməsi haqda

“Merilin Monronun sinəsi qranitdən hazırlanmış kimi idi, beyni isə İsveçrə pendiri kimi tamamilə dəliklərdən ibarət idi”.

Billi Uaylder

# 5692 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

10:09 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər