"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

"Üzüklərin hökmdarı" filmindən kadr

"Üzüklərin hökmdarı" filmindən kadr

16 iyul 2026
# 15:30

"Üzüklərin hökmdarı: Qollumun ovu" (The Lord of the Rings: The Hunt for Gollum) filminin rejissoru Endi Serkis ekran işinin aktyor heyətində irqi müxtəlifliyin olmamasına dair səsləndirilən tənqidlərə kəskin cavab verib.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

2014-cü ildən bəri Con Ronald Ruel Tolkinin əsərləri əsasında çəkilən ilk filmdə Ceymi Dornan, Anya Teylor-Coy, Keyt Uinslet, Li Peys və Leo Vudall kimi məşhurların iştirak edəcəyi məlumdur.

Bununla yanaşı, orijinal "Üzüklərin hökmdarı" trilogiyasının ulduzları – Elayca Vud (Frodo), İen MakKellen (Qendalf) və Endi Serkis (Qollum) öz rollarına qayıdacaqlar. Aktyor heyətinə yeni qatılan sənətçilərin isə daha sonra ictimaiyyətə açıqlanacağı bildirilir.

Rejissor Endi Serkis irqi müxtəlifliklə bağlı təzyiqlərə cavab olaraq filmin orijinallığına sadiq qalacaqlarını vurğulayıb:

"Düşünmürəm ki, biz sadəcə kastinq xatirinə və hansısa planların doldurulmasına quş qoymaq məqsədilə filmin siyasi cəhətdən korrekt versiyasını çəkək".

O əlavə edib ki, Tolkin özü Skandinaviya mifologiyasının güclü təsiri altında olub və bu amil onun kitablarında birbaşa öz əksini tapıb:

"Şayr (The Shire) tipik bir ağdərili icmasını xatırladır... Onlar ölkə hüdudlarından kənarda nələrin baş verdiyi ilə o qədər də maraqlanmırlar, lakin tam əmindirlər ki, yadelliləri öz aralarına buraxmaq istəmirlər".

"Qollumun ovu" filminin hadisələri "Hobbit" və orijinal "Üzüklərin hökmdarı" arasındakı dövrü əhatə edəcək. Ekran işi Piter Ceksonun "Üzük qardaşlığı" filmindən əvvəlki illərdə Qüdrət Üzüklərindən birini ələ keçirmiş Qollumun axtarışlarına həsr olunacaq. İddialı layihənin premyerası 17 dekabr 2027-ci ilə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl rejissor Piter Cekson Kann kinofestivalında kinematoqrafiyaya verdiyi töhfələrə görə Fəxri "Qızıl Palma Budağı"na layiq görülüb. "Üzüklərin hökmdarı" trilogiyasının yaradıcısına bu mükafatı məhz aktyor Elayca Vud təqdim edib.

# 432 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

14:30 11 avqust 2026
Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

11:20 11 avqust 2026
Dünya kinosunun unudulmaz Zorrosu -  Antonio Banderasın 3 əfsanəvi rolu

Dünya kinosunun unudulmaz Zorrosu - Antonio Banderasın 3 əfsanəvi rolu

17:00 10 avqust 2026
64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

16:30 10 avqust 2026
“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

13:15 10 avqust 2026
Şerlok Holms yenidən   ekranlara qayıdır

Şerlok Holms yenidən ekranlara qayıdır

11:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər