“Oğul” sənədli filmi Praqada təqdim olundu

“Oğul” sənədli filmi Praqada təqdim olundu
6 dekabr 2023
# 18:00

Praqa şəhərinin mərkəzində yerləşən Slavyan Evinin “Cinema City” kinoteatrında Birinci Qarabağ müharibəsi dövründə Ağdamın Xramort kəndindəki kilsədə ermənilərə qarşı təkbaşına vuruşan Natiq Qasımovun döyüş yolundan bəhs edən “Oğul” sənədli filmi nümayiş etdirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, filmin nümayişi Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Çexiyada fəaliyyət göstərən “Natəvan” cəmiyyətinin və “Elson Grand” təşkilatının, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatorları Leyla Begim Cəfərova və Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutub.

Filmin təqdimatında Çex Respublikasının dövlət qurumlarının, Azərbaycanın, Böyük Britaniyanın Çexiyadakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, azərbaycan, türk, macar, qazax, türkmən, ukrayna, rus, italyan icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanlı igidin qəhrəmanlığı və faciəli taleyi tamaşaçılara duyğulu anlar yaşadıb.

Xatırladaq ki, “Oğul” sənədli filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalıdır. Film Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə ərsəyə gəlib. Azərbaycan və ingilis dillərində hazırlanmış film ABŞ festivallarında nümayiş etdirilib.

Filmdə erməni əsirliyində olan Natiq Qasımovun ermənilərin səhra komandiri Vitali Balasanyanın iştirakı ilə dindirilməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan əsirlikdə olan Natiq Qasımovu işgəncə ilə qətlə yetirib. Riyakar erməni xislətini bir daha aşkara çıxaran filmdə həm də müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirablardan bəhs edilib.

# 2184 dəfə oxunub

Oxşar xəbərlər

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

13:00 2 noyabr 2026
Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

11:00 2 noyabr 2026
Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

16:04 31 oktyabr 2026
“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

11:30 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər