Özbəklər azərbaycanlı snayperdən film çəkib

Özbəklər azərbaycanlı snayperdən film çəkib
18 may 2021
# 09:36

Daşkənddəki Sənədli və Xroniki Filmlər Kinostudiyasında “Snayper Ziba Qəniyeva” adlı sənədli film çəkilib.

Filmin layihə rəhbəri Firdavs Abduxalikov, ssenari müəllifi Şirzod Nazarov, rejissoru Ali Xamrayevdir.

Azərbaycanın qədim Şamaxı şəhərində 1923-cü ildə doğulan Ziba Qəniyevanın atası azərbaycanlı, anası özbək qızı olub.

Ekran əsərində bildirilir ki, II Dünya müharibəsi iştirakçısı Ziba Qəniyeva snayper, rabitəçi və kəşfiyyatçı olub. Müharibə illərində o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlığa və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif olunub. Ziba Qəniyeva ilk azərbaycanlı qadın snayperdir.

Müharibədən sonra Ziba Qəniyeva bir müddət Bakı Ali Partiya Məktəbinin müəllimi olub, Dil və Ədəbiyyat kafedrasının müdiri işləyib. Sonra isə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna qəbul olunub, urdu dilini öyrənib. O vaxt SSRİ-də bu dil üzrə mütəxəssis, demək olar ki, yox idi. Urdu dilində poeziya nümunələri üzrə namizədlik dissertasiyası yazıb və 1965-ci ildə uğurla müdafiə edib.

Ziba Qəniyeva 2010-cu ildə Moskvada dünyasını dəyişib.

# 4501 dəfə oxunub

Oxşar xəbərlər

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

14:00 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər