Azərbaycanlı əfsanəvi partizan haqda film çəkilir

Azərbaycanlı əfsanəvi partizan haqda film çəkilir
10 sentyabr 2020
# 12:33

Azərbaycanın məşhur partizanı Əhmədiyyə Cəbrayılov haqda film çəkilir.

Kulis.az-ın verdiyi xəbərə görə, filmin rejissoru Mikayıl Mikayılovdur. Film Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin Əhmədiyyə Cəbrayılovun 100 illik yübileyinin qeyd olunması barədə sərəncamına uyğun olaraq istehsal olunacaq. Film İTV kanalında təqdim ediləcək.

Filmdə rolları Əli Əlizadə, Yaroslav Trifonov, Rasim Cəfər, Anar Məlikov, Faiq Mirzəyev, Müşviq Mirzəyev, Sona Mikayılova və başqaları oynayacaqlar.

Xatırladaq ki, Əhmədiyyə Cəbrayılov 1920-ci il sentyabrın 22-də Şəkidə doğulub. 1941-ci ildə könüllü olaraq cəbhəyə gedib. Sonra isə Fransanın Müqavimət Hərəkatına qoşulub. O, yüzlərlə fransızı faşistlərdən xilas edib, Şarl de Qollun dostu olub. Cəbrayılov Fransanın bütün ali hərbi mükafatlarına layiq görülüb – Fransa Hərbi Medalı, Fəxri Legionun Ali Ordeni, Hərbi Xaç ordeni və Hərbi Şücaətlərə görə Xaç ordeni. Çoxsaylı kəşfiyyat əməliyyatlarında Əhmədiyyə misilsiz şücaətlər göstərib. Müharibədən sonra, 1951-ci ildə Azərbaycana qayıdıb.

# 3879 dəfə oxunub

Oxşar xəbərlər

"Namazov" filminin treyleri yayımlandı

"Namazov" filminin treyleri yayımlandı

17:35 7 sentyabr 2026
Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

17:00 7 sentyabr 2026
“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq

15:33 7 sentyabr 2026
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

14:30 7 sentyabr 2026
“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

14:00 7 sentyabr 2026
Ridli Skott kassada uğursuzluq yaşadı

Ridli Skott kassada uğursuzluq yaşadı

13:45 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər