Yoqanın məhv elədiyi məşhur aktyor -PORTRET
1 noyabr 2012
08:30
Uşaqlıq
Georgi Vitsin 1917-ci ildə aprelin 23-də iki inqilab – fevral inqilabı ilə oktyabr inqilabı arasında dünyaya gəlib. Vitsinin atası müharibə əlili idi və işləmək qabiliyyətində deyildi. Ona görə də anası Mariya Matveyevna tez-tez iş yerini dəyişir, daha çox qazanc olan işdə işləməyə çalışırdı. Qadın İttifaq Evinin Sütunlu salonunda bilet satan işlədiyi vaxtlarda oğlu Georgini də özü ilə işə aparardı. Bu minvalla Jorada incəsənətə maraq yarandı.
Uşaqlığında Jora çox utancaq olub. Məktəbdə müəllimin gözündən yayınmaq üçün həmişə qabaqda oturan sinif yoldaşının arxasında gizlənərmiş. Sonralar özü də etiraf edir ki, bilmirəm, bu utancaqlıqla, komplekslərlə zəngin olan mən necə aktyor ola bildim, buna necə qərar verdim.
Əvvəlcə məktəbdə özfəaliyyət kollektivinin dram bölümünə getməklə Vitsin utancaqlıq “xəstəliyinin” müalicəsinə başlayır. Bir uşaq tamaşasında şaman rəqsini elə məharətlə ifa edir ki, tamaşadan sonra müəllimi ona “sən yaxşı balet artisti ola bilərsən, bununla ciddi məşğul ol”,-deyib. Məktəbi bitirəndən sonra isə Vitsin baletlə deyil, teatrla ciddi şəkildə məşğul olmaq qərarı verir.
Gənclik
Məktəbi qurtaran kimi Vitsin Kiçik Teatrın nəzdindəki teatr sənəti məktəbinə qəbul olundu. Çox keçməmiş təhsilə səhlənkar münasibətə görə onu məktəbdən xaric etdilər. Payızda Jora eyni vaxtda üç sınağa çəkdi özünü. Üç teatr studiyasının sınaqlarında iştirak etdi, üçünə də qəbul olundu. Vaxtanqov adına teatr studiyasını seçdi. Orda bir il təhsil alandan sonra Nikolay Xmelyovun teatr studiyasına qəbul olundu. Həmin studiya sonralar Yermolovun adını daşıyırdı və Vitsin həmin teatrın öncül aktyorlarından idi. Məhz buna görə həmin teatr studiyasının tamaşalarına gələnlər vardı. Kassadan bilet alanda soruşurdular: “Bu tamaşada Vitsin oynayır?” Oynamırdısa, sadəcə dönüb gedirdilər, bilet alıb tamaşaya girmirdilər. Heç kimin ağlına gəlməzdi ki, teatrda bu cür uğur qazanan aktyor bir gün kinematoqrafiya üçün teatrdan gedə bilər.
Boksçu Vitsinin qabırğalarını qırdı
Onun kinematoqrafiya karyerasını təxminən üç hissəyə bölmək olar. Kinoda debütü “Belinski” filmində Qoqol obrazı ilə oldu.
Ümumiyyətlə, Vitsin kinoda müxtəlif janrlı obrazlar canlandırıb. Populyarlığı isə “Ehtiyat oyunçu” filmində Vasya Vesnuşkina rolu ilə gəldi. Vitsin bu rola çəkilmək üçün bir ay meydançada məşq edib ki, artıq çəkidən azad olsun.
Belə məşqlərdən birində boksçu ilə üz-üzə gələn Vitsin özünü unudub peşəkar boksçu Pavel Kadoçnikova real zərbə endirir. Boksçu isə təbii ki, şərti reflekslə hücumu hücumla dəf edir, Vitsin özünə gələndə qabırğalarının qırıldığını görür. Bununla belə çəkilişlərin təxirə salınmasına icazə vermir. Onu populyarlaşdıran idmançı obrazına Vitsin sınıq, dəsmalla bağlanmış qabırğalarla çəkilib.
Onun qəhrəmanları tamaşaçının sevimlisi olurdu - bir az utancaq, öz işinin əsiri olmayan, xeyirxah işlər üçün sinov gedən adam. Eyni səpgili daha bir obrazı “O sizi sevir ” filmində oldu.
Bu filmdə buz üzərində tryuklar vardı. Həmin epizodlarda dublyor çəkilməli idi, amma rejissor Vitsinin zəif damarını tuta bilib. Rejissor bir məktub yazır və Klavdiya imzası qoyaraq Vitsinə göndərir. Məktubda bunlar yazılmışdı: ”Mən şəxsən sizi buz üzərində tryuklar göstərə bilən aktyor hesab edirəm və bunu gözləyirəm. Siz bunu edəcək qədər cəsarətli aktyorsunuz. Bunun öhdəsindən gələndən sonra sizinlə məmnuniyyətlə görüşəcəyəm”.
Vitsin məktubu oxuyur və gəlib rejissora deyir ki, həmin epizodlarda özüm çəkiləcəyəm. Çəkilişlər başlayır, Vitsin tryukları onu əvəz edə biləcək bütün dublyorlardan-peşəkar gimnastlardan əla yerinə yetirir. Çəkiliş başa çatanda sevincdən özünə yer tapa bilməyən rejissora deyir ki, daha gözəl qadın adı düşünə bilərdin.
Aktyor dedektiv, tarixi, lirik janrlı filmlərə çəkilib. Rejissor Kozintsev isə ondan istehza doğuran müsbət qəhrəman yaratmağa çalışırdı.
Vitsin yaradıcılığının qorxaq obrazlar oynayan dövrü də olub. Onun nərmə-nazik xarakterlər yaradan həmin dövrünü kino yaradıcılığının ikinci dövrü adlandırmaq olar. Bu dövrün ən parlaq kinosu onun Morqunov və Nikulinlə birgə çəkildiyi “Köpək Barbos və qeyri-adi kross" filmi olub. Onun ardınca “Araqçəkənlər” və “I əməliyyatı” filmi çıxdı ekranlara. Daha sonra “Qafqaz əsiri”, “Yeddi qoca və bir qız” filmləri gəlir. Bunlarda isə Vitsin etikalı, ziyalı, həssas insanların obrazını yaradıb.
Bunların ardınca aktyor gözlənilmədən “Uğur centlmenləri” filmində ciddi obraz yaradır. Bu obrazla Vitsin dövrünün müasir insanını oynamaqla bahəm həm də öz yaradıcılığına yeni çalar qatır.
Nə yazıq ki, aktyor bu obrazlarla deyil, məhz kütləvilik qazanan utancaq, qorxaq, nərmə-nazik, qərar verməkdə çətinlik çəkən insan xarakterli obrazları ilə həm sevildi, həm də yaddaşlarda belə qaldı. Bir növ aktyorun özünə də doğma olan bu obrazlarla. Onun əsas obrazı Leonid Qaydaydan gələn qorxaq oldu.
Vitsin asanlıqla rola girə, pafosla fərqli görünə bilərdi, amma etmirdi. 47 yaşında 20 yaşlı gəncin, 37 yaşında 18 yaşlı gəncin obrazını ona görə məharətlə oynaya bilirdi ki, bu adam ruhən gənc və çox saf idi.
Həmin “qorxaq” maskasına Vitsin yaradıcılığının sonlarında da girdi. Yuri Kuşnerov onu “Ötən günlərin komediyası”nda yenidən belə bir obraza çəkdi, amma rejissorun yenidən o üçlüyün yaratdığı “Köpək Barbos və qeyri-adi kross" kimi əfsanəvi film ortaya qoymaq istəyi baş tutmadı. Nikulin çəkilməkdən imtina etdiyi üçün üçlükdən birinin yeri göründü və heç nə alınmadı.
”Dovşan Vitsin”
Kinodan başqa Qeorgi Vitsin multfilmlərin səsləndirilməsində də iştirak edib. O, özünün səsləndirdiyi şəkil və oyuncaq qəhrəmanlara Stanislavski sayağı, yaradıcı yanaşırdı. Bu iş onun üçün kinonun özü qədər ciddi idi. Onun dili ilə “Düyməcik”də musiqiçi-böcək, “Buratino”da Cüzeppe, “Alma torbası”nda dovşan danışıb.
Şəxsi həyatı
Evli olub, xanımı böyük təbiət alimi Miçurinin qardaşı qızı idi – Tamara Fyodrovna. Bir qızı var-Nataşa. Rəssamdır. Vitsin heyvanları çox sevərmiş. İti, pişiyi, quşları o qədər yedirdərmiş ki, yaşadığı evin blokunda həmişə onlarla it-pişik, quş olarmış. Onu gözləyərmişlər ki, indi çıxıb onları yemləyəcək. Üstəlik evdə iki tutuquşu və it saxlayırdı.
Ekranda dəfələrlə “alkaş” obrazları oynayan aktyor həyatda ümumiyyətlə içməzmiş. Siqaret də çəkmirmiş. Bütün həyatı boyu yoqa ilə məşğul olub. Sovet İttifaqında heç kimin yoqanın nə olduğunu bilmədiyi vaxtlarda Vitsin bununla mütəmadi və sistemli olaraq məşğul imiş.
Orqanizmin gərgin rejimində düzgün qidalanmasına, məşğələ və meditasiyaya çox ciddi fikir verərmiş. Çəkiliş vaxtı “Motor” deyiləndə Vitsinin birdən saata baxıb nəzakətlə, amma qəti şəkildə “bağışlayın, mən yeddi dəqiqə bir ayağı üstə durmalıyam”,- deməsi rejissorları hövsələn çıxarırdı.
Belə rejimə bəzi həmkarları normal baxsa da, bəziləri kəskin reaksiya verirdilər. Məsələn, bir dəfə çəkiliş vaxtı Nonna Mardukova ona “Sən də kişisən? Nə içirsən, nə çəkirsən, nə də qadınlarla maraqlanırsan, səninki elə yoqadır. Elə bil ondan ekstaza gəlirsən. Sən ki əsil meyitsən!”
Böyük aktyor
Bütün bunlarla yanaşı Vitsin həyatının, daha doğrusu yaradıcılığının ən böyük rolunu oynamadan getdi. Həmkarları Morqunovla Nikulin etiraf ediblər ki, Vitsin həddən artıq istedadlıdır, biz ikimiz birlikdə onun dırnağına belə dəymirik.
Yoqa ilə həddən artıq məşğul olması onun axırına çıxıb. Həkimlər bu nəticəyə gəliblər ki, bu cür “sağlam həyat tərzi” onun sağlamlığını əlindən alıb.
Uzun sürən, ağır xəstəlikdən sonra xalq artisti 2001-ci ilin oktyabrında həyatdan getdi. Son müsahibələrindən birində deyib: “Camaat, bu həyat adamın vaxtını çox alır”.
Ramilə Qurbanlı
Digər yazılar:
“Səni heç kim kinoya çəkməz, Nikulin”
İlk sevgi, intihar, ağ ciyər xərçəngi
Sədaqətli ərin tənha ölümü
Stalinin aktyor etdiyi Morqunov

2550 dəfə oxunub
Oxşar xəbərlər
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib
10:38
11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik
09:15
11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı
10:12
10 dekabr 2024