“Yalnız seks və incəsənətlə məşğulam”

“Yalnız seks və incəsənətlə məşğulam”
29 mart 2013
# 13:10

Qor Vidal (1925-2012) ABŞ yazıçı-dramaturqu, esseisti. XX əsrin ikinci yarısı ABŞ ədəbiyyatının ən böyük klassiklərindən hesab olunur. Əsərlərində daha çox homoseksuallıqdan bəhs edən Vidalın “Şəhər və duz” romanı kəskin tənqid olunmuşdu. Qor Vidal siyasi aktivliyi ilə də seçilirdi.

Kulis.Az Qor Vidalın həyat qaydalarını təqdim edir.

***

Əvvəlcə qəhvə. Sonra – defekasiya (bağırsaqların boşaldılması – red.). Və yalnız üçüncüsü ilham pərisi.

***

Axşam möhkəm içmişəm, ya yox, fərq eləməz, növbəti əsəri başa vuranacan mütləq hər səhər üç saatımı yazmağa ayırıram.

***

İngilislər həmişə sənin hansı sinfə aid olduğunu bilmək istəyirlər. Məndən bu barədə “Bi-bi-si”də soruşublar. Onlara mümkün olan ən ali sinfə mənsub olduğumu söyləmişəm: mən üçüncü nəsil məşhurlar sırasındayam. Babam, atam və mən – hər birimiz “Time”ın üs qabığını “bəzəmişik”. Bu, son həddi. Amerikada bundan yüksəyə heç kəs qalxa bilməz.

***

Mən hökmdarlar haqda yazıram, çünki onlar özlərindən sonra qeydlər qoyurlar. Aşağı siniflərdə, bildiyim qədərincə yalnız prezident qarilləri gündəlik aparırlar.

***

Mən çoxlarının düşməniyəm. Niksona da, Kennediyə də, elə Amerika imperiyasının özünə də dəfələrlə hücum çəkmişəm. Mən polis dövləti yaradan hökumətə hücum çəkirəm. Mən bu cür düşüncə tərzinə gətirib çıxaran İsa və Musaya hücum çəkirəm. Mən radikalam, yəni hər şeyin məğzinə varmağı xoşlayıram.

***

Diktatorlar mehribandan da mehriban ola bilərlər. Bizlərə diktatura faktının özü xoşagəlməzdi, ayrılıqda adamın özü xoşumuza gələ bilər.

***

Amerikanın yeganə sevdiyi hərəkətin çənəsinin altından yumruq vurulmasının olması fikrilə tamamilə razıyam. Və əgər polis, hakim, Konqres, ya prezidentin buna ehtiyacı varsa, qoy çənələrinin altından yumruq alsınlar.

***

Romanlarım elə esselərim qədər yaxşıdı. Amma, heyf ki, romanın yaxşı olduğunu öyrənmək üçün onu oxuyub başa çatdırmaq lazımdı, bu isə gündəmin çətin həll olunan məsələlərindəndi.

***

Sevgi mənim içəcəyim çay deyil. Mən özümünkünü 25 il öncə içmişəm və həmin gündən yalnız seks və incəsənətlə məşğulam. Zənnimcə, tamamilə doğru əvəzləmədi.

***

Qrem Qrin kimi ildən-ilə eyni oxucuların sevincinə səbəb olan oxşar romanlar yazan yazıçılara paxıllıq edirəm. Onlar kimi ola bilmədim. Sadə bir səbəbdən dəfələrlə uğurlu karyerama son qoymuşam – mənə darıxdırıcı olub.

***

Məhz ədalət hissi məni himayə edir və qəzəbimi yemləyir.

***

Karyeram Amerika ədəbiyyatı tarixində ən uzunömürlülərdən sayıla bilər. 1940-cı illərdə çap olunmağa başlayan az sayda müəllif 1990-cı illərə qədər gəlib çıxa bilib. Amma hər şey o qədər tez unudulur ki, xüsusən də ABŞ-da. Mən bu ölkəni tez-tez Birləşmiş Amneziya Ştatları adlandırıram.

***

Müəyyən miqdarda yaxşı ədəbiyyat həmişə olacaq, amma belə bir sual doğur: kim onu oxuyacaq?

***

Aktyorlara məftunam. Kinoaktyorlar xüsusi insan növüdü. Onları ömürləri boyu mebel kimi ora-bura dartırlar. Onlar istifadə olunmaqlarına öyrəşiblər. Məhz bu səbəbdən, demək olar ki, bütün kişi aktyorlar alkoqolikə çevrilirlər.

***

1959-cu ildə “The Best Man” filimi üçün aktyor seçirdim. MCA studiyası bizə prezidentliyə namizəd rolu üçün Reyqanı təklif elədilər. Ronaldın bu rolun öhdəsindən uğurla gələ biləcəyini şübhə etdiyimi söylədim.

***

Konfutsi çox xoşuma gəlir. Konfutsianlıq bildiyim nəzəriyyələrdən ən sağlamıdı.

***

Həqiqi bilgi ehtiraslardan azad olmaq, təkrarlanan doğulma, ölüm və yenidən doğulma zəncirini qırmaqdı. Yeganə məqsəd budu.

***

Olduqca maraqlı bir şey kəşf etmişəm özüm üçün: həyat yoluyla addımlayan insan həmişə eyni səhvləri təkrarlayır. Sənin də bütün səhvlərini gələcəkdə təkrarlayacağına başımla and verə bilərəm.

# 4678 dəfə oxunub

Müəllifin son yazıları

# # #