Yalnızlıq sevişmək istəyəndə sevişə bilməməkdi

Yalnızlıq sevişmək istəyəndə sevişə bilməməkdi
14 avqust 2013
# 07:15

Yalnızlıq, tənhalıq, təklik... Adətən şairlər bu mövzularda çox yazırlar. Bəs görəsən şair olmayan adi insanlar nəyi yalnızlıq hesab edirlər? Nə zaman özlərini yalnız hiss edirlər? İnternetdəki sözlüklərdə yalnızlıq haqda yazılmış maraqlı fikirləri Kulis.Az oxucuları üçün topladıq. Beləliklə, nədir yalnızlıq?

- Facebookda axırıncı bildirişi nə vaxt gördüyünü unutmaqdır yalnızlıq.

- Konturun bitməməsi, buxarlı şüşəyə barmaqla yazılacaq bir ad tapmamaq, dayanmadan makaron yeməkdir yalnızlıq...

- Telefondan sadəcə saata baxmaq üçün istifadə etməkdir yalnızlıq.

- Yalnızlıq bilinənin əksinə hər zaman Robinzon Kruzo kimi tək olmaq deyil. Ətrafında bir ordu adam olsun, düşündüklərini paylaşa bilmirsənsə, ya da paylaşmağına rəğmən anlaşılmırsansa, yalnız hiss etmən qaçınılmazdır. Bir də 1001 ümidlə açdığın mesajın “Melaton”dan gəldiyini gördüyün an var ki, yalnız olduğunu gözünə soxsaydılar daha yaxşı olardı.

- Bekarlığın ən böyük dərmanı olan çay dəmləmək, çay içmək belə yalnızlıqda sizi tək buraxır. Yalnız olanda çay belə dəmləmək istəmirsiniz. Yarım saat əlləşib bir çay dəmləsəniz, onu da tək siz içəcəksiniz, qalanı heyf olacaq. İkinci dəfə də dəmləyəndə keyfiyyəti azalır. Atma çaylar isə dadlı olmur. Nəticə də çay da dəmləyib içmirsiniz. Elə quru siqaret...

- Axşam yeməyini təkbaşına yeyərkən, birdən anlatmaq, paylaşmaq istədiyin minlərlə cümlə olduğunu və bu cümlələrin boğazında ilişib qaldığı an...

- Dostlarınla içmək varkən, kompüterin qabağında tək oturub içdiyin an...

- Kürəyinizi qaşıyacaq bir adamın olmamağıdır yalnızlıq.

- Yağışlı gündə ətrafınızda sizdən başqa xoşbəxt adamın olmadığını anladığınız an...

- Daim ehtiyac duyulan şeydir.

- “İn a relationship with kent 8”

- Dadını bilməyənlərin arzuladığı şeydir yalnızlıq. Nə olduğunu bilənlər həmişə ondan qaçarlar...

- Günlərlə telefonuna zəng gəlməməsi, mesaj bölməsinə girərkən operatorun mesajlarından başqa mesaj görməmək, o da kredit götürüm deyə göndərdiyin mesajın cavabı göndərilən, otağında sıxıldığından axşam vaxtı evdən çıxıb tək parkı gəzmək, bekarçılıqdan “nə edim” deyə-deyə siqaretin qutusunu bitirmək. Yuxun gəlmədən yatmaq.

- Sevişmək istəyib, sevişə bilmədiyiniz anlardır...

- Bir makaron paketini 3-4 dəfəyə bitirmək...

- Yalnızlıq-heç nəyi vecinə almamaqdır, hər günün eyni olması, sevinci, kədəri bölüşəcək birinin olmamasıdır, çox qorxduğum bir hissdir.

- Bəzən özünü əyləndirmək üçün yeni yollar tapmaqdır...

- Gecələr yastığı qucaqlayıb yatmaqdır...

- Yalnızlıq əslində olmayan, uydurulmuş bir şeydir, beynin məhsuludur.

- Ətrafında olan insanları görməməkdir. Mənə nə faydası var? – sualına cavab tapmadığın işlərlə məşğul olmaqdır, gündə 50 dəfə soyuducunun qapısını açıb örtməkdir, bir otağa 50 dəfə girib çıxmaqdır...

- Siqareti yandırmaq üçün alışqan tapa bilməməkdir...

- Yalnızlıq seçmədiyin, sənə məcburən yaşadılandır. Hamının yanında fəxr etdiyin, özünü sındırmadığın, tək qalanda düşünməyə belə qorxduğundur. Özünü dərsə, işə verməyin, eşşək kimi yorulmadan evə getməməyindir. Dörd divar arasında düşüncələrinin belə əks səda verməsi, süzdüyün çayın hər dəfə soyuması, gözlərin ağrıdan yaşarana qədər kitab oxumaqdır. İçəri şəhərin küçələrində tək sülənmək, keçən hər insanın üzünə ümidlə baxmaq, tanış bir üzlə rastlaşmaq istəyi, amma rastlaşandan sonra da tez onun yanından getmək istəyidir. Yalnızlıq, dost məclisində gözlərinin uzaqlara zillənib qalması, içdiyin içkinin dadını duymamağın, hətta ən yaxınların belə xoşbəxtliyinə ürəkdən sevinə bilməməkdir. Yalnızlıq, 1-ci şəxsin təkindən başqa heç bir şey deyil. Yalnızlıq, dözə biləcəyini düşündüyün, amma heç vaxt dolmayan bir boşluqdur. Bir ömür boyu bir əli tutmadan, bir çiyinə söykənmədən yaşamağı gözə almağındır. Yalnızlıq, mən mənə bəs edərəm deyib, ilk vaxtlar dadını çıxardığın, zaman keçdikcə içini dağıdan, incidən, parça-parça edən hissdir. Yalnızlıq çarəsizlikdir. Bilirsən sonu yoxdur, içindəki boşluğu, kimsəsizliyi doldurmağın yolu yoxdur, amma yenə də ümidli yalnızlıq.

Mənbə: Facebook.com/kulis.az, soz6.com, eksisozluk.com

# 3929 dəfə oxunub

Müəllifin son yazıları

# # #