Məşhur müğənninin oğlu: "Anamın kişilərini qısqanmıram..."

Məşhur müğənninin oğlu: "Anamın kişilərini qısqanmıram..."
10 iyun 2014
# 08:00

Kulis.az Azərbaycanda da çox sevilən türk musiqiçi Sezen Aksunun oğlu Mithat Canın “Hürriyət” qəzetinə verdiyi müsahibənin ən maraqlı hissələrini təqdim edir.

- Sezen Aksunun sənə ən çox təsir edən xüsusiyyəti...?

- Anamın belə xüsusiyyəti çoxdur. Amma ən əsası çox çalışqan biri olmağıdır. Eşşək kimi işləyir, səhər qədər. İşinə o qədər ehtiraslıdır ki, onu ayırmaq mümkün deyil. Evə getməz, studiyada işləyər. Mən də bir az ona oxşayıram. İllərdir onun işini müşahidə etmişəm və onun məktəbində yetişdiyimə görə birlikdə işləyərkən işi çox tez bitirə bilirik.

- İşləyərkən arada “Ah mənim gözəl oğlum” filan deyib başını sığallayırmı?

- Həmişə eləyir.

- Deyəsən sənə çox sevir?

- Mən də ona. Anam bir yana, dünya bir yana. Çox pozitivdir! Hər zaman yaradıcı əhvaldadır. Bir şey üçün ürəyi gedənə qədər mübarizə aparır. Bir mahnın ən yaxşı variantına gətirib çıxarana qədər işləyir. Əgər sən də belə insansansa, problem yoxdur.

- Evlisən?

- İki ildir birlikdəyik. Zatən evli kimiyik. Bir gün təbii ki, ailə qurmaq, uşaq sahibi olmaq istəyirəm. Amma həyatla bağlı bir məcburiyyətim yoxdur. Tələsmirəm. Nə olacaqsa, olur...

- Sənin böyüdüyün ev necə idi? Nə qədər şənlik idi, rəngarəng idi? Kimlər var idi ətrafında?

- Qeyri-adi, yaradıcı, fərqli, topluma zidd olan hər kəs. Təbii ki, daha çox musiqiçilər, rejissorlar, sənətçilər, rəssamlar, şairlər, jurnalistlər, intellektuallar... Müxtəlif insanlar. Çox ağıllı, qeyri-adi, təbii, əcaib insanlar... Mən də bir xeyli “cool” takılırdım.

- Həqiqətən, necə bu qədər “cool” ola bilirsən?

- Çünki mənə heç vaxt uşaq kimi davranmayıblar. Anam elədir, hamıyla böyük insan münasibəti qurur. Ən önəmlisi, ciddiyə alır. Beş yaşında olarkən, mahnısına qulaq asdırıb “gözəldirmi?” deyə soruşardı. Həyatımın hər dönəmində məni ciddiyə alıb. Bu da məncə bir uşağın xarakterinə təsir edir.

- Hamı çox sevir bu qadını... Sənin üçün çətin deyilmi?

- Mənim üçün anadır o sadəcə. Hisslərim

sənin öz anana hiss etdiklərindən fərqli deyil. Doğulduğum evdəki model bu idi. Başqa analar necə olur, bilmirəm ki. Heç vaxt gözümdə Sezen Aksu olmur o, mənim canım anamdır o...

- Bəs səhnədə? Biz ağlayırıq ona qulaq asarkən, bütün həyatımız, sevgilərimiz gözümüzün qabağından keçir. Bu qadınla böyümüşük...

- Mən də təsirlənirəm, amma çox alışmışam. Uşaqkən məni heç yanından ayırmamışdı. Bütün konsertlərinə aparıb. Kulisdə böyümüş uşağam mən.

- Ananın sevgililərini heç qısqanmısan? Nəticədə onu kiminləsə paylaşırsan...

- (gülür) Yox. Mən həmişə burdayam. Heç hara getmirəm. Onlar dəyişir. Oğlu olaraq həmişə mən qalıram. Bu işin zarafat tərəfidir təbii ki... Amma məndə türk qısqanclığı yoxdur. Bacım 20 yaşındadır, onun da sevgilisi var. “Mən qardaşam, yıxım, dağıdım” söhbətləri yoxdur. Həyata bir dəfə gəlirik, hamı istədiyi kimi yaşamalıdır.

- Bu həyatda sənin üçün ən zövqverici şey seksdirmi?

- Təbii ki, yox, musiqidir. Amma indi durub deməyəcəm ki, seks önəmli deyil.

- Dünyanın ən gözəl qadını belə olsa, o qadında dözə bilməyəcəyin şey nədir?

- Dır-dır! Saçı ağardar!

- Bir qadın nə vaxt səninçün seksualdır?

- Mahnı oxuyarkən, yaxud hansısa musiqi alətində ifa edərkən. Amma yaxşı ifa etməlidir..

- Səncə, səndən yaxşı ata olarmı?

- Olar!

- Qısqancsan?

- Deyiləm.

- Bir münasibətdə səncə ən mühüm şey nədir?

- Dostluq, dostluq, dostluq!

# 9860 dəfə oxunub

Müəllifin son yazıları

# # #