Pulitzer mükafatı – fotoreportyorlar və jurnalistlər arasında ən prestijli mükafatlardan hesab olunur. Bu mükafat peşəsinin öhdəsindən layiqincə, cəsarətlə gələn hər kəsə verilir.
Kulis.az mükafat tarixində qalib olmuş ən yaddaqalan fotoları təqdim edir:
2014-cü il
Keniyanın paytaxtında Nairobidəki alış-veriş mərkəzlərinin birinə edilmiş silahlı hücumda terroristlərdən gizlənən ana və iki qızı.
Müəllif: Tiler Hiks, New York Times
2014-cü il
Keçən il 15 aprel tarixində Boston marafonunda baş vermiş partlayışda ayaqlarını itirən gənc.
Müəllif: Devid L.Rayn, Boston Global
2013-cü il
Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən iki əsgər.
Müəllif: Xavyer Manzano, AFP
2012-ci il
Kabulda (Əfqanıstan) ölənlərin və yaralıların arasında ağlayan 12 yaşlı qız.
Müəllif: Məssud Hüseyni, France-Press
2011-ci il
Amerikada çaxnaşmalar vaxtı təsadüfən güllə yarası almış günahsız şəhər sakini.
Müəllif: Barbara Devidson
2009-cu il
Barak Obamanın seçkiqabağı kampaniyası.
Müəllif: Deymon Vitner, The New York Times
2007-ci il
Xərçəng xəstəliyinə yaxalanmış oğulla ananın mübarizəsi.
Müəllif: Rene Bayner, The Sacramento Bee
2007-ci il
Yəhudi qadın evlərini sökməyə göstəriş verilmiş İsrail əsgərlərinə təkbaşına müqavimət göstərir.
Müəllif: Oded Balilti
2005-ci il
İraqda küçəyə qoyulmuş bombanın partlaması ilə yaralanan “Şir ürəyi” ləqəbli Saleh Xələf.
Müəllif: Diann Fitsmoris
2004-cü il
İraq müharibəsindən fotolar
Müəllif: Devid Lison və Şeril Diaz Meyer
2002-ci il
Nyu-Yorkda sentyabrın 11-də partladılmış əkiz-qüllələrdən silsilə fotolar.
Müəllif: The New York Times.
2001-ci il
Seton Holl Universitetinin yataqxanasında baş vermiş yanğında yaralanmış iki tələbə-dostun hekayəsi.
Müəllif: Mett Reyni, Star-Ledger
2000-ci il
Kosovo qaçqınlarının ağır həyatı.
Müəlliflər: Kerol Quzi, Maykı Uilyamsonti, The Washington Post
1998-ci il
Alkoqol və narkotik aludəliyindən əziyyət çəkən valideynlərin faciəvi həyat yaşayan övladları.
Müəllif: Klarens Uilyams, Los Angeles Times.
1996-cı il
Keniyada qadın sünnəti.
Müəllif: Stefani Uelş
1995-ci il
Yanğınsöndürən Oklaxoma-Siti teraktında yaralanan balaca qızı valideynlərinə aparır.
Müəllif: Çarlz Porter
1994-cü il
Viran qalmış Ruandadan silsilə fotolar.
Müəllif: Associated Press
1994-cü il
Acından ölmək üzrə olan qız və onun ölümünü gözləyən kərkəs.
Müəllif: Kevin Karter
1976-cı il
Boston yanğınından silsilə fotolar
Müəllif: Stenli Forman
1973-cü il
Hollivudda dayanacaqların birində qadını yerə yıxaraq vəhşicəsinə döyən kişi və dayanmasa onu vuracağını bildirən təhlükəsizlik işçisi. Fotodan bir neçə saniyə sonra təhlükəsizlik işçisi naməlum şəxsi başından yaralayaraq öldürüb.
Müəllif: Antoni Robins
1969-cu il
Qətlə yetirilmiş hüquq müdafiəçisi Martin Lüter Kinqin cənazəsində dul qalmış arvadı və övladı.
Müəllif: Moneta Slit
1968-ci il
“Həyat öpüşü” adlı foto elektrik vurmuş iş yoldaşının həyatını qurtarmağa çalışan dost.
Müəllif: Rokko Morabito
1968-ci il
Şimali Vyetnam Ordusunun generalı Sayqon bölgəsində bir çox cinayətlərdə adı çəkilən şəxsin başına silah dayayıb.
Müəllif: Eddi Adams
1957-ci il
İtalyan gəmi “Andrea Doria”nın batmamışdan 9 dəqiqə əvvəl çəkilmiş son fotosu.
Müəllif: Harri Trask