Bir vaxtlar insanların pul qazandığı və yox olacağını ağlına da gətirmədiyi peşələr indi bizə gülməli görünür. Çünki onlara artıq ehtiyac yoxdur.
Gəlin, artıq mövcud olmayan 10 peşə ilə tanış olaq:
Boulinq kuklalarını yerləşdirən adam
Boulinq salonları həmişə indiki kimi olmayıb. Keçmişdə peşəsi boulinq kuklalarını düzmək olan insanlar varmış.
Oyandırma xidməti
Zəngli saatların olmadığı dövrdə hər səhər pəncərəyə taqqıldadaraq yaxud tütək çalaraq insanları oyatmağın peşə olduğunu düşünə bilirsiniz?
Buz kəsənlər
Müasir soyuducular istehsal edilməmişdən əvvəl donmuş çaylarda buzları kəsib evlərə satan adamlar olub.
Düşmən qurğularını dinləmə sistemi
Radar hələ kəşf olunmamışdan əvvəl bu cihaz üzərindəki akustik güzgülər sayəsində yaxınlaşan hava qurğularının səsini eşitməyə kömək edirdi. Bu cihazlarla düşmən qurğularını dinləyən insanlar varmış.
Siçan ovçusu
Siçan və siçovulların çoxalmasına nəzarət etmək üçün Avropada “siçan tutan insanlar” kirayələnirdi. Balaca olmalarına baxmayaraq, siçanların ölümcül xəstəliklər yaydığı sirr deyil.
Küçə işıqlarını yandıran şəxs
Elektrik ampulların kəşf olunmadığı dövrdə küçə işıqlarını açıb-bağlayan və yandıran adamlar olub.
Kötük yönəldənlər
Texnologiyanın inkişaf etmədiyi zamanda kəsilən və çay boyu bir yerdən başqa bir yerə göndərilən kötüklər gedəcəkləri yerə “kötük yönləndiricilər”in sayəsində çatırdı.
Telefon stansiyası operatoru
Telefon stansiyasında işləyən operatorlar telefon şəbəkəsinin əvəzolunmazları idi. Mobil telefonlar kəşf olunmayana qədər uzun məsafəli zəngləri calamaq və buna bənzər işləri görmək məhz operatorların öhdəliyində idi.
Meyit oğruları
XIX əsrdə qanuni yollarla cəsəd tapmaq asan deyildi. Ona görə də, “meyit oğruları” məzarları açıb meyitləri oğurlayıb universitetlərə satırdılar.
Fabrik işçilərini əyləndirən adam
Əl əməyi tələb olunan fabriklərdə işçiləri işləyən vaxt əyləndirən adamlar varmış. Bir növ “köhnə radio” rolunu oynayan bu şəxs yüksək bir yerdə oturub işçilərə kitab, jurnal və s. oxuyurmuş.