“Xalqın şərəfi qadın ayaqqabılarının...”

“Xalqın şərəfi qadın ayaqqabılarının...”
18 avqust 2014
# 08:30

Kulis.az hinduların müdrik sözlərini təqdim edir.

Hər bir insanın içində xeyirxah canavarla qəddar canavar arasında mübarizə gedir. O canavar qalib gəlir ki, sən həmişə onu yemləyirsən.

Son ağac kəsiləndə, son çayın suyu çirkləndiriləndə, son quş tutulanda anlayacaqsınız ki, pulu yemək mümkün deyil.

Gözlərdə yaş olmasaydı, ürəklərdə göy qurşağı çıxmazdı.

Özünü eşitmək üçün, sakit günlər lazımdır.

Torpağı sev. O sənə valideynlərindən miras qalmayıb, o, səndən uşaqlarına mirasdır!

Məndən dalda gəlmə, ola bilsin ki, mən səni apara bilmədim. Məndən qabaqda getmə, ola bilsin ki, mən səni izləyə bilmədim. Mənimlə birgə get, onda biz bütöv olacağıq.

Müdrikliyə o vaxt çatırsan ki, onu axtarmağı dayandırırsan və Yaradanın yazdığı kimi yaşayırsan.

Həqiqəti söyləmək üçün çox sözə ehtiyac yoxdur.

Cavabın olmamağı da cavabdır.

Hətta ölü balıq belə, axınla üzməyi bacarır.

Yaxşı insan, yaxşı əlamətləri görər.

Müdrikliyə doğru get, biliklərə doğru yox. Biliklər – keçmiş, müdriklik isə gələcəkdir.

Qoy düşmənim qorxulu və güclü olsun. Mən ona qalib gələndə utanmayım.

Xalqın şərəfi qadın ayaqqabılarının izindədir.

Bilik hər bir şeydə gizlənib. Dünya bir zamanlar kitabxana olub.

Əgər narahatsansa, bir çay tap və kənarında otur. Axan su sənin bütün narahatlığını aparacaq.

Susan adam boşboğazdan iki dəfə çox bilir.

Uşaq — sənin evində qonaqdır: yedizdir, öyrət və yola sal.

Yerində deyilmiş söz sərrast atılmış baltadan daha yaxşıdır.

Niyə sevgi ilə götürə bilmədiyinizi, güclə götürürsünüz?

Ağ insanın həddən artıq çox rəisi olur.

Gənc ölmək şərəflidir deyən qocalara inanma.

# 3496 dəfə oxunub

Müəllifin son yazıları

# # #