Homoseksual rejissorun etirafları

Homoseksual rejissorun etirafları
25 mart 2014
# 08:30

Qas Van Sent – amerikalı, rejissor, ssenarist. “Psixo”, “Paranoid park”, “Fil”, “Milk” kimi filmlərin rejissorudur. “Fil” filmi 2003-cü ildə Kann mükafatı alıb.

ÖZÜN ÜÇÜN YEMƏK HAZIRLAMAQ – bu nəsə qəribə bir şeydir.

ATAM MƏNƏ ÇOX ŞEY ÖYRƏTDİ. Məhz nəyi? Bax bunu xatırlaya bilmirəm. Çünki sədaqət bəzi həqiqətləri dumanlandırır.

HƏYATDA ELƏ BİR AN GƏLİB ÇATIR Kİ, sən atandan uzaqlaşırsan. Sən müstəqil bir kişiyə çevrilirsən. Amma sonra yenidən ona qayıdırsan.

ARADA GİTARADA ÇALIRAM, sadəcə müalicə məqsədi ilə. Nə öyrənmək, nə də musiqi bəstələmək məqsədi ilə yox. Mən mahnı da ifa etmirəm. Sadəcə akkordlar və başqa səslər...

16-17 YAŞIN OLANDA, sən xarici aləmlə olan ən mühüm əlaqələri qurursan. Bu bir ömür sənə yetir. Əgər 70 yaşlı kişidən hansı mahnını sevdiyini soruşsan, 16 yaşında eşitdiyini deyəcək.

BU YAXINLARDA MƏN DƏHŞƏTLİ BİR ŞEYİ BAŞA DÜŞDÜM: 12 yaşımdan sonra mənim həyatım heç dəyişməyib, mən elə o yaşdan xarici aləmlə olan əlaqələri kəsmişəm.

GƏNCLİYİMDƏ MƏNİM ÜÇÜN HƏR ŞEY PİS İDİ. Özümü 60 yaşında hiss edirdim, indikindən daha qoca. Bilmirəm bu yaşla bağlı idi, yoxsa gey olmağımla və yaxud cəmiyyətdən qorxmağımla...

EYNİCİNSLİLƏRİN NİKAHININ LEQALLAŞDIRILMASI o deməkdir ki, sənin üzərində heç kim ağalıq etməyəcək, sənə bunu edə bilərsən, onu edə bilməzsən deməyəcək.

HARVİ MİLK (ABŞ-da ilk dəfə dövlət vəzifəsi alan aktivist gey. Q.V.Sent onun həyatından bəhs edən “Milk” filminin müəllifidir- red.) inanırdı ki, dünyada bütün homoseksuallar öz cinsi oriyentasiyasının etiraf etsələr, insanlar nəhayət başa düşərlər ki, öz qohumları və tanışları arasında xeyli sayda gey, yaxud lezbi var. Tanıdığın və sevdiyin adama nifrət etmək çətin olardı.

AKTYORLARLA İŞ SADƏDİR: onlar rolu bilməli və gecikməməlidirlər.

MƏNİM FİLMLƏRİMDƏ, müsbət baş obraz yoxdur.

HƏMİŞƏ KOMEDİYA çəkmək istəmişəm.

# 2274 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #