Dünyanın ən bahalı pivəsi-1000 dollar

Dünyanın ən bahalı pivəsi-<span style="color:red;">1000 dollar
4 dekabr 2014
# 08:45

Kulis.az pivə haqda 20 maraqlı faktı təqdim edir.

Amerika prezidenti Corc Vaşinqtonun zirzəmidə pivə bişirilən şəxsi sexi var idi.

Marixuana və pivə arasında düşündüyünüzdən daha çox ortaq cəhət var. Pivənin hazırlandığı bitki ilə marixuana eyni sinfə daxildir.

Pivənin köpüyü onun ən mühüm hissələrindən biridir. O karbonun 4 oksidinin mürəkkəb reaksiyası nəticəsində yaranır və pivənin keyfiyyəti haqda çox şey deyir. Köpük azdırsa, deməli pivəniz yüngüldür, sərt deyil.

Bu dəqiqə dünya əhalisinin 0.7 faizi sərxoşdur. Bu o deməkdir ki, indi 50 milyon nəfər keflidir. Sərxoşluğa səbəb olan içkilər arasında pivə üstünlük təşkil edir.

Dünyada ən böyük pivə festivalı “Oktoberfest” adlanır. Almaniyanın Münhen şəhərində hər il sentyabrın sonu, oktyabrın əvvəlində keçirilən, 16 gün davam edən bu festivalda bütün dünyadan 6 milyon insan iştirak edir.

Dünyada ən qədim içməli pivə 2010-cu ildə Finlandiya yaxınlığında XIX əsrin əvvəllərinə aid olan gəmidə tapılıb. Pivə soyuq saxlanılan çəlləklərin içində olub. Köhnəlmiş, turş dadı var imiş.

Senosilokofobiya (cenosillicaphobia) – boş pivə şüşəsindən qorxmaqdır. Həqiqətən dəhşətli fobiyadır.

Qədim Babilistanda pivə hazırlamaq sənətinə çox ciddi yanaşırdılar. Hətta kimsə pis pivə bişirsəydi onu çəlləkdə boğa bilərdilər.

Hazırda dünyada təxminən 400 pivə növü var. Çeşidinə görə ən çox pivə brendi Belçikadadır.

Pivə ilə bağlı eksperimentlər çox olub. XVIII əsrdə yaşamış bioloq Con Lubbok qarışqalara pivə verərək davranışlarını müşahidə etmişdi.

Dünyanın ən bahalı pivəsi Belçikanın "Vielle Bon Secours“ pivəsidir. Onun bir şüşəsinin qiyməti 1000 dollar civarındadır.

Dünyada ən çox pivə Çexiyada içilir. Bu ölkədə ildə adambaşına 151 litr pivə içilir.

Pivənin öyrənilməsi və hazırlanması haqda elm zitoligiya (zythology) adlanır. Yunanca “zitos” – pivə, “loqos” – elm deməkdir.

ABŞ-da pivə reklamlarında pivənin içilməsi prosesinin göstərilməsi qadağandır.

Pivə böyrəklərdə daş əmələ gəlməsinin qarşını alır. “American Journal of Epidemiology”da dərc edilmiş araşdırmada göstərilir ki, gündə bir şüşə pivə içmək böyrəkdə daş əmələ gəlməsi riskini 40 faiz azaldır.

Belə ehtimallar var ki, qədim Misir piramidalarının tikilişi zamanı insanlara gündə 4 litr pivə verilirmiş.

Amsterdamda alkoqoliklərə pivə verirlər. Onlar şəhər küçələrini süpürdükdən sonra əvəzində 10 Avro, tütün və 5 pivə alırlar.

Stiven Petrosino adlı şəxs 1977-ci ildə 1 litr pivəni 1.3 saniyəyə içərək dünya rekorduna imza atıb.

Pivə ən qədim içkilərdən biridir. Ehtimal edilir ki, onu ilk dəfə neolit dövründə hazırlayıblar.

Dünyanın ən sərt pivəsi Şotlandiyada hazırlanan “Snake Venom” adlı pivədir. Normalda pivənin alkoqolu 5 faiz olursa, bu pivənin faizi 67.5-dir.

# 934 dəfə oxunub

Müəllifin son yazıları

# # #