Məşhur aktrisa: “Məktəbdə oğlanla öpüşən sonuncu qız idim...”

Məşhur aktrisa: “Məktəbdə oğlanla öpüşən sonuncu qız idim...”
17 noyabr 2014
# 09:45

Kulis.az “Esquire” dərgisinə istinadən məşhur aktrisa Culiya Robertsin həyatdan öyrəndiklərini təqdim edir.

Mən çalışıram ki, çox az danışım. Çünki, sonda özüm üçün darıxdırıcı olmağa başlayıram.

İnsanlar məni olduğum kimi qəbul etmir. Çoxları məni qancıq hesab edir. Yəqin ona görə ki, mən böyük və təhsilli insanam. Belələrini çox az adam sevir.

Atamın xərçəng olduğunu o öləndən sonra bildim. 10 yaşım var idi, bunu məndən gizlədirdilər. Bir gün məni babamın evinə apardılar və dedilər ki, atan daha yoxdur. Məhz həmin vaxt başa düşdüm ki, həyat bir anın içində dəyişə bilər – özü də sən bu dəyişikliyi gözləmədiyin zamanda. Ananla evə oturmusan, gülürsən, oynayırsan, onu qucaqlayırsan qəfildən gəlib sənə deyirlər ki, ən yaxşı paltarını geyin, maşına oturdurlar və sən artıq atanın olmadığını başa düşürsən.

Çox təəssüf ki, uşaqları valideynlərinə görə günahlandırırlar.

Çox az adam inanar ki, mən məktəbdə oğlanla öpüşən sonuncu qız idim və 20 yaşıma qədər “lezbiyan” sözünün mənasını bilmirdim.

“Az olsun, saz olsun” məsəli məncə daha çox filmlərdəki öpüş səhnələri üçündür.

İnsanlar küçədə məni az hallarda tanıyırlar. Kiminləsə ilk dəfə görüşəndə deyirəm: “Salam. Siz məni gözləyirsiniz? Mən Culiyayam!”

Mən ulduzların çoxundan fərqli olaraq sadə geyinirəm.

Mətbuat konfranslarında yalan danışmağı xoşlayıram.

Məndən tez-tez soruşurlar ki, kinolarda kişilər həqiqətənmi çox pul alırlar? Mən qısa cavab verirəm: bəli.

Çox pul almağa başlayandan sonra mənim həyatımda heç nə dəyişmədi. Bircə şeydən başqa. Yenə hamı məndən soruşurdu ki, çox pul qazanandan sonra həyatında nə dəyişdi.

Belə hesab edirlər ki, məşhurluq cüzam xəstəliyi kimi bir şeydir. Sən gərək adamların arasına çıxmayasan, adi yerlərə getməyəsən, bir sözlə, həmişə elədiyin şeyləri etməyəsən. Əgər sən bu qaydaya tüpürsən və həyatını olduğu kimi davam etdirsən azadlığını qurban verməyin mənasız olduğunu görəcəksən.

Kiminsə “Culiya deyəsən mənim haqqımda heç də yaxşı fikirdə deyil” dediyini eşidəndə gülməyim tutur. Belə düşünən adamlara demək istəyirəm ki, əzizim, əgər sənin haqda yaxşı fikirdə olmasaydım, sən yəqin bu haqda bilərdin.

Mətbuat əvvəlki qədər aqressiv deyil. Amma onun axmaqlığı o qədər sürətlə inkişaf edir ki, adam istəyir elə əvvəlki kimi olsun.

Mən heç vaxt çılpaq çəkilməyəcəm. Tamaşaçının qabağında paltarda görünmək bədii təqdimetmədir, soyunmaq isə sənədli filmdir. Həm də ki, mən istəmirəm riyaziyyat müəllimim mənim dalımın necə göründüyünü bilsin.

Mən şlyapanı sevirəm. Xüsusilə çirkli saçları olan adamlarda.

Mən istəmirəm ki, uşaqlarım balaca dahilər, aktyorlar, biznesmenlər olsunlar. İstəyirəm ki, onlar evə üstü çirkli gəlsinlər, onlardan tərin, tozun və günəşin qoxusu gəlsin.

Mən inana bilmirəm ki, üç uşağım var. Onları dünyaya gətirəndə artıq kinoda 20 illik karyeram var idi. Kim deyə bilər ki, uşaqların doğulmağı ilə karyera bitdi?

“Gözəlçə”nin çəkilişlərindən qabaq mən fahişələrlə ünsiyyətdə oldum. Onu deyə bilirəm ki, onların gələcəklə bağlı ümidləri və arzuları daha möhtəşəmdir, nəinki mənim işdən tanıdığım qadınların.

Əgər ağılsızlıqla normallıq arasında seçim olsaydı, birincini seçərdim.

# 4589 dəfə oxunub

Müəllifin son yazıları

# # #