İldə 250 qadınla yatan dahi

İldə 250 qadınla yatan dahi
6 sentyabr 2014
# 08:30

Adi insanlar kimi bəzi tanınmış yazıçıların da nədənsə asılılığı olub.

Kulis.az asılılıqdan əziyyət çəkən yazıçıların siyahısını təqdim edir.

Onore de Balzak

Asılılıq: kofe

Sitat: "Çoxu iddia edir ki, qəhvə onlara ilham verir, amma, məlum olduğu kimi, qəhvə darıxdırıcı insanları daha da darıxdırıcı edir”.

Balzak günə 50 fincan qəhvə içirmiş. Günün sonuna doğru bu bəs eləmirdi və quru qəhvəni yeməyə başlayırdı.

Lord Bayron

Asılılıq: seks

Sitat: “Qadınlara olan sevgi! Bu həm qorxuludur, həm də möhtəşəm...”

Lord Bayronun seks asılılığı var idi. Venesiyada olan zaman bir il ərzində 250 qadınla yatmışdı. Bu çox ciddi rəqəmdir. Deyilənə görə Bayron yatdığı qadınların qasığından bir tük götürüb saxlayırmış.

Elizabet Brauninq

Asılılıq: tiryək

Sitat: “Tiryək, tiryək – hər gecə...”

Elizabet Brauninq ağır onurğa ağrılarını azaltmaq üçün 15 yaşından tiryək çəkməyə başlayıb. Otuz yaşından sonra ürək ağrıları olduğuna görə tiryəkdən istifadə edirmiş.

Pol Verlen

Asılılıq: absent.

Sitat: “Mən onu şəkərlə içirəm”

Dahilərdən çoxu absenti sevirmiş. Bodler, Rembo, Verlen... Verlen absentdən o qədər içibmiş ki, Remboya atəş açıb və həbsə düşüb. Ömrünün sonuna yaxın Verlen bütün pis vərdişlərindən imtina etmişdi. Təkcə absentdən başqa. Deyirlər, hətta ölüm ayağında da içirmiş.

Çarlz Dikkens:

Asılılıq: morq

Sitat: “Mən morqun sirli gücünə vurulmuşam”

Çarlz Dikkens qəribə səslənsə də, morqda oturmağı sevərmiş. “Hansısa qeyri-adi qüvvə məni morqa çəkir”- o belə yazırdı. Hansısa şəhərə gedəndə o ilk növbədə morqa baş çəkər, saatlarla orda oturarmış. Onun meyitxanada bütün gününü keçirdiyi də olurmuş. O, cəsədlərin necə gətirildiyini, yarıldığını, dəfnə hazırlandığını müşahidə edirmiş.

Ernest Heminquey

Asılılıq: spirtli içkilər.

Sitat: “İçkili vaxtı söz verdiyiniz şeyləri sonra edin. Bu sizə mumlamağı öyrədəcək”.

Böyük yazıçıların bir çoxu əyyaş olublar. Amma Heminqueydə alkoqol həyat tərzi olub. Ömrünün böyük bir hissəsini sərxoş vəziyyətdə keçirib. Yazıçı 1950-ci illərdə avtomobil qəzalarında alınmış travmalardan sonra içməyə başlayıb. Onun içki vərdişləri əfsanə oldu və onun bir neçə spirtli kokteylləri kəşf etdiyi deyilir: “Daykiri”, “Mohito”, “Papa Dabl” və s.

# 4045 dəfə oxunub

Müəllifin son yazıları

# # #