İtaliya Fransadan “Mona Liza”nı tələb edir

İtaliya Fransadan “Mona Liza”nı tələb edir
12 sentyabr 2012
# 11:45

İtaliyada Leonardo da Vinçinin şedevr əsərinin Parisdə yox, Florensiyanın “Uffizi” qalereyasında saxlanılmalı olduğunu düşünürlər. Bu məqsədlə İtaliya Milli Tarix, Mədəniyyət və Təbii İrs Komitəsi Fransanın Mədəniyyət naziri Aureliya Filipettiyə ərizə ilə müraciət edib. 150 mindən çox italiyalının imzaladığı ərizədə Parisin Luvr muzeyində saxlanılan “Mona Liza” (İtaliyada tablonu “Cokonda” adlandırırlar) əsərinin Florensiyaya qaytarılması tələb olunub.

Milli Komitə Florensiya əyalətinin rəhbərliyi ilə birgə “Mona Liza” məsələsini fransalı nazirlə görüş zamanı müzakirə etməyə hazırlaşır. İtaliya Mədəniyyət Komitəsinin sədri Silvano Vinsenti görüşlə bağlı bunları deyib: “Əminəm ki, nazir bizim tələbimizə müsbət cavab verəcək və bizim hisslərimizi başa düşəcək”. Fransada isə italiyalıların iddiasını əsassız sayırlar.

Leonardo Da Vinçi florensiyalı ipək satan tacirin xanımı Cokondanın rəsmini 1503-cü ildə Florensiyada çəkməyə başlayıb. Lakin tarixçilər əmindirlər ki, Da Vinçi rəsmi 1516-cı ildə Fransaya gedərkən özü ilə aparıb. Əsəri Fransa Kral ailəsi alıb və Fransa inqilabından sonra tablo Luvr muzeyinə verilib.

1911-ci ildə tablo oğurlanıb. Oğurluqdan iki il sonra tablo əvvəllər Luvrda işləmiş italiyalı Vinçenso Peruccanın evində aşkar edilib. “İndependent” qəzetinin məlumatına görə tablo qısa müddət “Uffizi”də və Romada nümayiş olunduqdan sonra Parisə qaytarılıb.

“Komsomolskaya pravda”

# 2454 dəfə oxunub

Müəllifin son yazıları

# # #