APA Holdinqdə Səhər Əhmədin kitab təqdimatı keçirilib - FOTOLENT

APA Holdinqdə Səhər Əhmədin kitab təqdimatı keçirilib - FOTOLENT
28 fevral 2014
# 17:48

Səhər Əhmədin “Görüşməyənədək” şeirlər kitabının təqdimatı keçirilib.

Kulis.az-ın məlumatına görə, “APA Holdinq”də keçirilən təqdimat mərasimində şairənin qələm dostları Şərif Ağayar, Rey Kərimoğlu, Əkbər Qoşalı, Qan Turalı, Azər Həsrət, Namiq Hacıheydərli və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əkbər Qoşalı Səhər Əhmədin “90-cılar” ədəbi nəsli arasında şeirləri ilə özünə layiqli yer tutduğunu söylədi: ““60-cılar” ədəbi nəsli öz dövrü üçün nə qədər populyar idisə, Səhərin aid olduğu “90-cılar” nəsli də öz sözünü dedi. O cümlədən Səhər Əhməd. Onun şeirlərində olan ruhu xüsusi qeyd etmək lazımdır”.

Kulis.Az saytının redaktoru, yazıçı Şərif Ağayar Səhər Əhmədlə tez-tez ədəbiyyat üzərindən söhbətlər etdiyini bildirdi: “Sosial şəbəkələrdə qadınlar tez-tez mənə ədəbiyyatla bağlı suallar ünvanlayırlar. Mən də çalışıram ki, ədəbiyyatdan danışmayaq. Başqa məsələlərdən, nə bilim, siyasətdən, sosial problemlərdən danışaq. Yalnız ədəbiyyatdan danışmayaq. Səhər xanım isə istisnadır. Onunla ədəbiyyat haqqında tez-tez söhbətlər edirik. Səhər həqiqətən istedadlı şairədir”.

Daha sonra Namiq Hacıheydərli, Vüsalə Məmmədova, Rey Kərimoğlu, Azər Həsrət və başqaları Səhər Əhmədin yaradıcılığından danışıblar.

Tədbirdə “Görüşməyənədək” şeirlər kitabından şeirlər də oxunub.

Sonda çıxış edən Səhər Əhməd tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

# 1520 dəfə oxunub

Müəllifin son yazıları

# # #