Məhəbbət varmı bu dünyada? – Günün şeiri

Etimad Başkeçid, yazıçı, tərcüməçi

Etimad Başkeçid, yazıçı, tərcüməçi

14 iyul 2022
# 15:40

Bu gün tanınmış yazıçı, tərcüməçi Etimad Başkeçidin doğum günüdür. Kulis.az bu münasibətlə onun “Yol” şeirini təqdim edir.

- Sən getdikcə uzanan yolda, nə gördün?
- Üfüqlər genişləndikcə dünya daralır...
- Mən isə bir yedim, beş də götürdüm.
- Halal xoşun olsun.
- Yaxşı, nə öyrəndin, nə bildin?
- Bu gözü tutursan, o biri gözə xeyri dəyməz.
- Bunu mən sənsiz də bilirdim.
Məhəbbət varmı bu dünyada, sən bilərsən.
- Hər halda olmamış olmaz.
- Day belə olmaz dostum, billah olmaz,
ama hünərdən gəlmiş kimi görünürsən,
- Əğstəfürullah.
- Yəni tarixə də qazanmadın adını?
- Yox.
- Vardığın mənaya çatdınmı barı?
- Yox. Hər dəfə
sal divar kimi
bir sonsuzluq çıxdı önümə.
- Oralar buralardan nəylə seçilir?
heç olmasa bunu de.
- Nə deyim?
Orayla bura tam tarazıdı.
Çünki canım-qardaşım, hər şey
bu fanidə bir-birinin məcazıdır.
- Bəs onda nəymiş bu yol dediyin?
- Yol bilirsənmi nədir, dostu m.
- Nə?
- Hamının sürü-sürü daşlandığı
və bir gün geriyə dönmək üçün
sallandığı nəsnə...

# 3956 dəfə oxunub

Müəllifin son yazıları

# # #