Arvadı xəyanət edən yəhudinin ağlasığmaz qisası

Arvadı xəyanət edən yəhudinin ağlasığmaz qisası
28 aprel 2014
# 07:30

2005-ci ildə ABŞ Ali Məhkəməsinin verdiyi qərar Avstriya xalqına sarsıdıcı zərbə vurur. Hökumət xalqa müraciət edir. Bundan sonra Avstriya xalqı səfərbər olunur, xeyriyyə fondları kampaniyalara təşkil edir, ianələr toplanır. Təcili 155 milyon dollar toplanmalıdır. Hökumətin bu məbləği ödəmək imkanı yoxdur. Söhbət Avstriyanın milli sərvətindən gedir. Lazımı vəsait yığılmasa Avstriya rəssamı Qustav Klimitn “Adel Blox-Bauer I” və ya “Qızıl Adel” tablosu ilə birlikdə dörd tablosu bu torpaqları tərk etməli olacaq. Məşhur tablonu “Avstriya Mona Lizası” da adlandırırlar.

Lazımı vəsait toplanır. Amma...

***

1904-cü il. Avstriyanın yəhudi əsilli böyük şəkər istehsalatçısı Ferdinant Blox-Bauer sarsıdıcı bir xəbər eşidib. Yoldaşı Adel məşhur rəssam Qustav Klimtlə görüşür. Ferdinantla Adel bir neçə il əvvəl evlənmişdilər. Adel Avstriya Banklar İttifaqının direktoru Moris Bauerin qızı idi. Ferdinant və qardaşı Qustav Blox isə məşhur şəkər istehsalçısı idilər. Qustav artıq Bauer ailəsinin bir qızını almışdı. Ferdinant da digər qız Adeli alır və beləcə iki zəngin yəhudi ailəsi soyadları kimi sərmayələrini də birləşdirilər. Beləcə Bloxlar Blox-Bauer oldular.

Ferdinantın siqaretə meylli ərköyün həyat yoldaşı Adel öz evində dövrün sənət adamlarını, rəssamlarını, şair və yazıçılarını, musiqiçilərini toplamağı sevirdi. Klimt də bu məclisin daimi qonaqlarından biri idi. Adellə Klimt elə bu məclisdəcə tanış olub vurulmuşdular.

Məsələ təkcə qadın xəyanəti deyildi. Bu böyük bir kapital imperiyasının dağılması demək idi. Üstəlik yəhudi ailələrində xəyanətə görə qadını öldürmürdülər. Bu cür zəngin ailələrdə isə boşanmaqdan söhbət gedə bilməzdi. Sərmayələri bölmək yox, birləşdirmək lazım idi. Yəhudilər yalnız bu zaman qüvvətli ola bilərdilər.

Bəs Ferdinant nə etməlidi? Üzünə deməsələr də artıq bütün Vena Adelin ona xəyanətindən danışır. Bu rüsvayçılığa son qoymaq lazım idi.

Xəyanətə uğramış ər öz iti yəhudi zəkasını işə salır. Və budur, çıxış yolu tapılıb. Ferdinant dövrün məşhur modernist rəssamına həyat yoldaşının tablosunu sifariş vermək qərarına gəlir. Bunun üçün milyonlarından keçməyə hazırdır. Qoy olsun. Amma müqavilə də Ferdinantın ən bacarıqlı hüquqşünasları tərəfindən hazırlanacaqdı. Klimt lazımı tablonu hazırlaya bilməsə müflis olacaq dərəcə böyük bir cərimə ödəməli olacaqdı. Tablo uzun müddətə hazır olmalı, bu müddət ərzində dəfələrlə eskizi hazırlanmalı, hər bir detal razılaşdırılmalı idi. Bəs bu müqavilədə Ferdianatın marağı nə idi? Bununla arvadının oynaşından canını necə qurtaracaqdı?

Klimt bu müddət ərzində dəfələrlə Adellə görüşəcək, öz yaradıcılığını hər şeydən üstünün tutan rəssam hər dəfə işi alınmayanda hiddətlənib özündən çıxacaq, beləcə sevgilisi ilə münasibətləri soyuyacaqdı.

Bir günorta evə gələn Ferdinant Adelə nahara rəssam Klimti dəvət etdiyini və ona yoldaşının tablosunu sifariş etmək istədiyini bildirir. Təbii ki, Adel ərinin şübhələndiyini anlamır. Klimt nahara gəlir. Əlində də çərçivəsi. Klimtin xasiyyəti idi. Sifariş götürəndə birinci çərçivədən başlayırdı.

Nahar süfrəsində bütün detalları danışırlar. Beləcə Klimt tablo üzərində işləməyə başlayır.

Klimt bu tablonu 3 ilə çəkir. Bu illər ərzində Klimt 100-dən çox eskiz çəkir. Adelin 3 tablosunu hazırlayır. Amma ikisini başa çatdırmır. 1907-ci ildə tablo nəhayət hazır olur. Blox-Bauer ailəsi tablonu Vyanadakı evindən asır.

Ferdinantın planı baş tutdu. Sehrli tablo Klimtlə Adeli bir-birindən soyutdu. Bütün zamanını öz şəkər imperiyasına xərcləyən Ferdinantın isə siqaretə aludə olmuş xəstəxal arvadından uşağı olmadı. Onlar Ferdinantın qardaşı qızı Mariyanı öz qızları kimi böyütdülər. Ferdinant öləndə bütün mirası kimi Klimtın 5 tablosu da artıq ərə getmiş Mariya Altmanın ixtiyarına keçdi. İkinci Dünya Müharibəsi zamanı bütün zəngin yəhudi ailələri kimi Mariya Altmanın da var-dövləti müsadirə olundu. Mariya ABŞ-a mühacirət eləməyə məcbur oldu.

1998-ci ildə Avstriya hökuməti nasist rejimi dövründə yəhudilərin müsadirə olunmuş əmlakının restutsiyası barədə qərar qəbul edir. Elə bu zaman da artıq Los-Ancelesdə yaşayan Mariya Altman Klimtin məşhur tablosunun tələbi ilə məhkəməyə müraciət edir. Altman Avstriya hökumətindən 5 tablo əvəzindən 155 milyon dollar tələb edir. Avstriya hökuməti lazımi vəsaiti hazırladıqda isə Mariya Altman məbləği 300 milyon dollara qaldırır.

Avstriya hökuməti məbləği ödəyə bilmir. 7 illik məhkəmə çəkişməsindən sonra tablolar ABŞ-a gətirilir.

Beləcə Avstriya milli sərvəti hesab olunan “Qızıl Adel” əsərindən məhrum olur. Mariya Altman isə 2006-cı ildə tablonu yəhudi əsilli amerikan sahibkar Ronald Lauderə 135 milyon dollara satır.

# 9909 dəfə oxunub

Müəllifin son yazıları

# # #