Aqil Abbas Mirzə Cəlili müdafiə etdi: “Şəhriyar gedib şeirini yazsın!”

Aqil Abbas Mirzə Cəlili müdafiə etdi: <span style="color:red;">“Şəhriyar gedib şeirini yazsın!”
6 mart 2019
# 12:51

Yazıçı, millət vəkili Aqil Abbas da “Mirzə Cəlil” polemikasına qoşuldu. Kulis.az Aqil müəllimin fikirlərini təqdim edir.

“Həmid Herisçi çox savadlı adamdır. Onun gündəmə gəlmək istəyi təəccüb doğurur. Mən onun özünə də, istedadına da bələdəm. Niyə belə şeylər deyir? Hər gün televiziyadadır. Axı Həmidin gündəmə gəlmək kimi dərdi olmamalıdır.

Mirzə Cəlilin plagiat olmağına gəldikdə isə... O, təmiz orijinaldır. M.Cəlilin felyetonlarının Rusiyaya nə dəxli var ki? Ruslarda “Danabaş kəndi” var? “Ölülər”lə “Müfəttiş”i qarşı-qarşıya qoyur. Halbuki bu iki əsər başqa-başqa şeylərdi. Dünyada da yazıçıların bir-birindən təsirlənmələri olur, bu normaldır. Hər kəsdə təsirlənmə tapmaq olar. Ancaq Mirzə Cəlil təmiz orijinaldır, plagiat deyil.

Mirzə Cəlil reallığı yazıb. XX əsri gözünün qabağına gətirin. Din, xurafat, savadsızlıq. O vaxt da, indi də Xudayar bəylər, şeyxnəsrullahlar olub və var. Mirzə Cəlil bütün xalqın bu gündə olduğunu demirdi ki. O adamları misal çəkib deyirdi ki, belə olmayın, maariflənin. Maarifçi bir hərəkat başlatmışdı. Nə etməli idi? Güldən-çiçəkdən yazmalıydı? Yazmalıydı ki, hər kəs gözəldi? Axı Mirzə Cəlildən daha kəskin Üzeyir bəy, Haqverdiyev, Ömər Faiq Nemanzadə yazmışdı. Onlar maarifçilər idi və xalqın inkişafını istəyirdilər. Deyirdilər, xalq, özünə gəl, elm öyrən. Biz indi nə edək? Sabiri güllələyək?

Şəhriyar Del Gerani də hörmət etdiyim şairdi, gözəl şeirləri var. Getsin şeirini yazsın. Onun nə işi qalıb “Poçt qutusu”nda? Şəhriyarın özü “Poçt qutusu”du da. Getsin, kitab oxusun, elm öyrənsin. Puşkinin akademik nəşrlərini oxusun. Mirzə Cəlili redaktə etmək olar? Bu nə düşüncədi? Akademik nəşrlər redaktə olunmur. Bu cür fikirlərdənsə, şeirini yazsa daha yaxşı olar. İstedadlı oğlandır.”

Əlaqəli yazılar:

Mirzə Cəlilin hekayələri redaktə olunmalıdır

Mirzə Cəlildən can qurtarmağın yolu

Səfər Alışarlı: “Mirzə Cəlilə hücumun səbəbi aydın deyil”

# 4212 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər