Fikrət Qoca: “O kafe mənim iş otağımın altında yerləşir” - MÜSAHİBƏ

Fikrət Qoca: “O kafe mənim iş otağımın altında yerləşir” - <span style="color:red;">MÜSAHİBƏ
12 sentyabr 2017
# 12:33

Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca son günlər birliyin adı ilə bağlı hallanan məsələlər barədə Kulis.aza danışıb. Həmin müsahibəni təqdim edirik.

- Fikrət müəllim, “26” kafesinin bağlanmasına münasibətiniz necədir?

- Mən burda yox idim, təzə gəlmişəm. Ancaq onu deyim ki, “26” kafesinin adının “26 Bakı komissarı”na aidiyyatı yoxdur. O kafenin 26-lara aidiyyatı olsaydı adı “26 Bakı komissarı” olardı.

- Bakı meri açıqlamasında bildirib ki, o kafe əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib. Yazıçılar Birliyi kimi mədəni təşkilatın yanında belə bir obyektin olması birliyin katibi, xalq şairi olaraq sizi narahat etmir?

- O kafe mənim iş otağımın altında yerləşir, özüm heç vaxt orda olmamışam. Orda baş verənlərdən xəbərim yoxdur. O kafedə nə baş verdiyini ora girib-çıxanlar bilər. Kimsə gəlib orda oturubsa, bu şeyləri görübsə, orda elə adamları görübsə onları çıxarsın üzə. Özü də biz nə bilək gecəyarı onlar orda nə edirmişlər, hamı gecə nə edir, onu ediblər. Birlik o yeri yalnız icarəyə verib.

- Katibliyin iclasının keçirilməsi gözlənilirmi?

- Bəli, bu gün katibliyin iclası keçiriləcək və bundan sonra Azərbaycan Yazıçılar Birliyi bəyanat verəcək.

- Kafe ilə müqavilədə Çingiz Abdullayevin adının hallanması barədə nə deyərdiniz?

- Yazıçılar Birliyinin maliyyə məsələləri ilə Çingiz Abdullayev məşğul olur. Bütün müqavilələr onun adından imzalanır.

- Müqaviləyə əsasən hər ay ona 8 min manat ödənilirmiş. Bu vəsait hara xərclənirdi?

- İcarədən alınan pul cari xərclərə xərclənir, işçilərə, maşınların benzininə...

- Yazıçılar Birliyinin icarəyə verdiyi başqa obyekt varmı?

- Mən bilən, bizim icarəyə verdiyimiz başqa obyekt yoxdur. Bu obyekti də kef görmək üçün verməmişdik, ehtiyaclarımızı ödəmək üçün icarəyə vermişdik, bundan belə olmur-olmasın. Vaxtilə bu kafenin yerində redaksiya yerləşirdi. Sonradan böhrandan çıxmaq üçün redaksiyanı daha yaxşı bir yerə köçürüb buranı icarəyə verdik. Bu qərara pleniumda gəlmişdik.

- Katibliyin iclasında obyektin sonrakı taleyinə də baxılacaqmı? Ora yenidən icarəyə veriləcəkmi?

- Bəli, bu məsələlər də bugünkü iclasda müzakirə olunacaq. Biz çalışacağıq ki, özümüz ordan istifadə edək.

# 1638 dəfə oxunub

Oxşar xəbərlər

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

16:00 13 mart 2026
“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər