Səninlə çörəyi tən bölüb suyla yemişik hərdən

Səninlə çörəyi tən bölüb suyla yemişik hərdən
26 noyabr 2012
# 17:16

Salam üçün iki şeir


1.

Yazmaq da yazmamaq tək
dostum, elə taledi.
Tale deyilsə demək
ya yoxdu, ya zayedi.

Düşsən-enişdi dağlar,

qalxsan dostum, yoxuşdu.
Bağlananda qapılar,
bacalar da çıxışdı.

On eləsə üç üçüm,
1 də demək özünsən.
Hər kəs özünün bü(s)tü,
qonub çiyinlərinə.

Vaxt yıxar hər heykəli,
gizlədər qara torpaq.
Üstdən pərgar dillərin
yellər əsər qaçaraq.

Şükür, hələ yaşanır
Həyat ay-ay və il-il.
Ömrümüz xırdalanır
yollarda ləpir-ləpir.

Salam olsun bu sabah
qoy, Səlimdən Sarvana.
Bəndəni sevən Allah
bəs edər hər karvana.

2.


Pəncin arxası du imiş,
Doğuşunku qürub imiş,
Söz sükutda durub imiş,
Salamtək görəni varmı?

At getdi, əydi yolunu,
Fil getdi əyri yolunu,
Şeirin də qeyri yolunun
Salamtək gedəni varmı?.

Nə çox sözə salam verən,
Asta dinib yalan verən,
Salamı alınan, denən,
Salamtək olanı varmı?

Ağrıtma dərd ilə başı,
Dərd mərd ilə yol-yoldaşı.
Toplasan dörd ilə beşi
Hələ sənin doqquzundu.

Yaşa, dostum, uzun-uzun,
Qabaqdadı on səkkizin,
Gülsün üzün, şeirin-sözün
10 doqquza varan olsun!

Rafiqə, 45 illiyinə

Qırx beşin iyirmisini
Bir yerdə xərcləmişik,
Yad şəhərlər olub ki,
Gecələr tək gəzmişik.

Olub ki, ovutmuşuq
Biz fanilik hissini

Mən oxuyub Hamsunu,

Sən oxuyub Hesseni.


Saçımıza dən düşüb
Eyni gün eyni dərddən,
Çörəyi tən bölüşüb
Suyla yemişik hərdən.

İndi gözləmək qalır
Sirdisə də sonrası
Ey, Ruminin əmisi,
Ey, Zəhranın atası.

Yol yarıdan keçlilmiş,
Nə gün dönər, nə keçmiş,
Gözümüzdə kiçilmiş
İndi çox şey bəllidi.

Quş olmaqmı gözəldi,
Uşaq olmaqmı gözəl?
Daş atmaqmı gözəldi,
Daş atılmaqmı gözəl?

Bu sualların indi
Cavabını bilib də
Yaşamaq çox çətindi
Özündən siyrilib də.

Sən-qırx beş, mən-əskik qırx,
Hələ də fırlanır çarx,
Olanlarçün ağlayaq
Gəl, dostum, asta-asta.

Hava haqqında sonuncu şeir

Fərid Hüseynə

Mən sizə havanın bu gün necə gözəl olması barədə
danışmaq istədim, yazmaq istədim.
Nə deyim? Necə yazım ki, necə gözəldi?
Anlatmaq üçün təkrar havaya çıxmalıyam,
qələmi yerə qoyub yazmamalıyam.

Bu şeirin ən yaxşı davamı
nə vaxtsa və kim yazsa belə, mütləq bu cür olacaq, Fərid:
Bir nəfər çölə çıxdı,
ciyər dolusu nəfəs alıb susdu...

# 2497 dəfə oxunub

Oxşar xəbərlər

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər