Türk Nobelçi Aziz Sancarı ölümdən xilas edən həkim FAKT

Türk Nobelçi Aziz Sancarı ölümdən xilas edən həkim  <span style="color:red;">FAKT
18 dekabr 2015
# 16:22

“Hürriyet” qəzetinin köşə yazarı Ahmet Hakan bu il kimya üzrə Nobel mükafatı alan Əziz Səncər haqqında “İçindən Nobel keçən üç nəfərlik macəra” adlı yazı yazıb. Kulis həmin yazını təqdim edir.

2015-ci il:

Əziz Səncər kimya sahəsində Nobel mükafatı alır.

1945-ci il:

Aleksandr Fleminq penisilini kəşfinə görə Nobel mükafatı alır.

1956-cı il:

10 yaşlı balaca Əziz Səncər ailəsi ilə birlikdə Mardinin Savur qəsəbəsində yaşayırmış. Uşaq Sətəlcəmə yoluxur. Qardaşı da sətəlcəmdən öldüyü üçün ailəsi Əzizin də eyni taleyi yaşayacağından qorxurdu.

Buna görə də ailəsi xəstə oğlanı o dəqiqə Savur qəsəbəsində həkimlik edən Kamil Özgürə göstərir. Həkim 10 yaşlı Səncərə o illərdə Türkiyədə təzə-təzə tətbiq olunmağa başlayan penisil iynəsi vurur. Beləcə balaca Əziz ölümdən qurtulur.

Taleyin işinə bax ki, 1945-ci ildə Nobel mükafatına layiq görülən və 1950-ci illərdə Türkiyədə tətbiq olunmağa başlanan penisil Mardində 10 yaşındakı Əziz Səncərin həyatını xilas edir. Qısacası Aleksandr Felminqin 1945-ci ildə Nobel mükafatı alan kəşfi sayəsində həyatı xilas olan Əziz Səncər 2015-ci ildə Nobel mükafatı alır.

Bir Nobeldən başqa bir Nobel törəyir.

Bəs uşaqların sətəlcəmdən öldüyü ol illərdə Mardində işləyən cəfakeş həkim Kamil Özgür kimdir?

Kamil Özgür Türkiyənin Baş naziri Əhməd Davudoğlunun həyat yoldaşı Sare Davudoğlunun əmisidir. Səncər ailəsini Çankaya köşkünə dəvət etdikləri şam yeməyində Sare xanım əmisinin Mardində işləməsi barədə Səncərə məlumat verir: “Atamdan öyrəndiyimə görə... Əmim Kamil Özgür 1950-ci illərdə Savur qəsəbəsində həkimlik edib. Onu tanıyırdızmı?”

Əziz Səncər təlaşla həkimi tanıdığını deyir: “Mən o həkimi tanımarammı? O, penisil iynəsi vurub məni xilas edən həkimdir.” Nobelli kimyaçı həmin doktorun Sare xanımın əmisi olduğunu öyrəndikdə heyrətlənir.

Fədakar, zəhmətsevər, öz peşəsinə sadiq olan Kamil həkim 1970-ci illərdə cavan ikən vəfat edir. Səncər bu xəbəri ABŞ-da eşidir. Söhbət zamanı Kamil bəyin uroloq oğlu Suat Özgür və gəlini estetik cərrahı Figen Özgür xatırlanır. Davudoğlu ailəsini Özgürləri də Çankaya köşkünə dəvət edir. Onlar da Əziz Səncərlə tanış olurlar.

Beləcə həm ataları ilə bir daha qürur duymuş olurlar, həm də doktor Kamil Özgür bir daha yad edilmiş olur.

Hurriyet.com.tr

# 2290 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər