Anar, Fikrət Qoca, Zəlimxan Yaqubdan prezidentə MÜRACİƏT

Anar, Fikrət Qoca, Zəlimxan Yaqubdan prezidentə <span style="color:red;">MÜRACİƏT
16 dekabr 2014
# 12:38

Azərbaycanın bir sıra tanınmış ziyalıları və mədəniyyət xadimləri mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin məsələsi ilə bağlı ölkə başçısına müraciət edib.

Lent.az-ın məlumatına görə, xalq yazıçıları Anar Rzayev və Çingiz Abdullayev, xalq şairləri Zəlimxan Yaqub və Fikrət Qoca, millət vəkili Nizami Cəfərov, xalq artisti Həmidə Ömərova, eləcə də əməkdar artistlər Ədalət Şükürov və Aybəniz Haşımova Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Kəsəmənli barəsindəki cinayət işinin yekunu olaraq verdiyi hökmə etiraz edərək prezident İlham Əliyevdən məsələnin obyektiv araşdırılmasına göstəriş verməsini xahiş ediblər.

Lent.az həmin müraciəti ixtisarla təqdim edir:

“Cənab Prezident!

Sizə hazırkı müraciətimizin səbəbi mərhum nəğməkar şair Nüsrət Kəsəmənlinin nakam tale yaşayan oğlu Araz Kəsəmənli ilə bağlıdır. Belə ki, 2013-ci il sentyabrın 17-i tarixində mərhum şairin oğlanları Rəşad Kəsəmənli, Araz Kəsəmənli və uşaqlıq dostları Valeh adlı bir şəxslə Bakı şəhərində keçirilən toya gedərkən, AR DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən əhatəyə alınaraq saxlanılıblar. Elə həmin vaxt R.Kəsəmənli və dostu Valeh inzibatı binaya aparılıb. Arazın əli qandallı olmasına baxmayaraq polis əməkdaşlarının apardıqları sənədləşdirməyə əsasən guya Araz öz ciblərini çevirərək pullarının arasında iki şübhəli bükümlər aşkar edilib, götürülmüşdür. Cinayətin baş verdiyi yerdə, yəni Arazın üzərinə baxış hadisə yerində keçirilməli olduğu halda polislər bunu etməyib. Üzərinə və cibinə təxminən iki saat sonra baxış keçirilmiş və yalnız 537 AZN puldan başqa heç bir əşya aşkar olunmadığını görən polis əməkdaşları pulun arasına bükümlərin aşkarlaması ilə əlaqədar protokol tərtib edilmişdir. Hadisə vaxtı isə Rəşad Kəsəmənli və dostu Valeh azad edilib.

Cənab Prezident!

Göstərilənlərə əsasən sizdən xahiş edirik ki, Araz Kəsəmənlinin dəyərli şair Nüsrət Kəsəmənlinin oğlu olmasını nəzərə alaraq, işinin ədalətli araşdırılması üçün müvafiq göstərişlər verəsiniz və ailəsinə bu məsələdə kömək edəsiniz”.

Qeyd edək ki, A.Kəsəmənli narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. Onun barəsində başlanmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılıb. Məhkəmə onu 8,4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Onu da qeyd edək ki, A.Kəsəmənli ilk dəfə 1998-ci ildə həbs edilib. Həmin vaxt şairin oğlu qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunub. 15 il sonra həbsxanadan çıxan Araz cəmi 3 ay sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib.

# 1884 dəfə oxunub

Oxşar xəbərlər

Unudulmamağın haqqını vermək - Nadir Yalçın

Unudulmamağın haqqını vermək - Nadir Yalçın

17:00 15 may 2026
"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər