Aleksandr Blokun başdöndürücü EŞQ HEKAYƏTİ

Aleksandr Blokun başdöndürücü <span style="color:red;">EŞQ HEKAYƏTİ
22 dekabr 2015
# 15:00

Aleksandr Blokla Andrey Belıyın - rus poeziyasının Gümüş dövrünün bu iki özünəməxsus şairinin həqiqətən sirli dostluqları vardı. Hətta ikisi də payızda doğulmuşdu: Belıy 26 oktybar 1880-ci ildə, Blok isə 28 noyabr 1880-ci ildə. İkisinin də ortaq həyəcanı vardı - poeziya. İkisi də böyük kimyaçı alimin qızı Lyubov Mendeleyevaya aşiq olmuşdular. Ədəbi gecələrin birində Bloka ünvanlanan neçə qadınınız olub sualına o belə cavab vermişdi: “Lyuba və qalanları”.

Halbuki ölümünə az qalmış etiraf etmişdi ki, həyatında 300-ə yaxın qadın olub. Bunların arasında məşhurlar da, şairin öz tənhalığını və intizarını, kədərini şərab ilə ovundurmağa çalışdığı ucuz kafelərdəki “naməlum” küçə qadınları da olub. Yeri gəlmişkən, Lyubov Dmitryevna, həyat yoldaşının bu həvəsindən xəbərdar idi.

Hər şey necə başladı?

Lyuba ilə ilk dəfə Blok tanış olmuşdu. Blokun babası, Pterburq universitetinin rektoru, botanik-alim Andrey Beketov və Lyubanın atası professor Dmitri Mendeleyev dost idilər, üstəlik onlarım Moskva ətrafındakı malikanələri də qonşu idi.

Bir-birilərini balacalıqdan tanıyan Aleksandr və Lyubov yeniyetməlik dövründən görüşməyə başlamışdılar. Gimnaziyada oxuyan Lyubanın iri və düzgün bədəni, qızılı hörükləri vardı. Blok isə onda nə dahi, nə də minlərlə insanın kumiri idi, Lyubaya hələ “Yad qadına” şeirini də həsr etməmişdi. O, sadəcə gənc idi. Onları bir-birinə teatr yaxınlaşdırmışdı. Yayda malikanədə “Hamlet”i səhnələşdirirdilər, Blok Hamlet olurdu, Lyuba isə Ofeliya.

Məhəbbət onları çox sonra yaxaladı, bir Pterburq qışında. Və şeirlər yazılmağa başladı... “Mənim Günəşim, mənim Göyüm, mənim İlahəm” – o, sevgilisinə belə müraciət edirdi. Bəs qız? Qız isə heyrət eləmişdi. Birdən-birə onu qəfil yaxalayan naməlum hisslər burulğanına düşmüşdü. Özünün “Blok və özüm haqqında həqiqətlər və yalanlar” olduqca səmimi memuarlarında (Axmatova bunu “pornoqrafik” adlandırmışdı) Lyubov Dmitriyevna etiraf etmişdi ki, üstündən 40 il keçməsinə baxmayaraq, Blokun gələcəyini hiss edəndə öz qəlbinin zərbələrini və onun “həyatıma girən addımlarının gur səsini” indi də eşidir. Onun son qərarını bilmək üçün Blok Peterburqda görüşə cibində məktublar gəlmişdi: “Mənim ölümümdə heç kimi günahlandırmayın...” Amma Lyubov evlilik təklifini qəbul etdi.

Lyubov necə qadın idi?

Anna Axmatova onun haqqında çox kinli danışırdı: “O, arxa ayaqları üzərinə qalxmış begemota bənzəyirdi. Gözləri balaca, burnu başmaq, yanaqları yastıq idi... İri ayaqları-əlləri vardı. Daxilən xoşagəlməz, bədxah, qəlbiqırıq idi... Amma Blok ömrü boyu onda nə vaxtsa sevdiyi qızı görürdü... Və sevirdi...” Kişilər isə Lyubanı başqa cür görürdülər. Blokun mistik, simvolist şair dostları Lyubov Dmitryevanın əməlli-başlı kultunu yaratmışdılar. 1903-cü ildə Blokla evliliklərindən sonra onları ilahi cütlük adlandırırdılar. Lyuba özünün ilahiləşdirilməsindən cana doyurdu.

Андрей Белый, Любовь Менделеева и Александр Блок.

Üçüncü nə vaxt ortaya çıxdı?

Fiziki yaxınlıq onların arasında mümkün deyil. Aleksandr öz gənc həyat yoldaşına belə deyirdi. Lyuba isə toya qədər artıq ona dəlicəsinə vurulmuşdu.

Bir il sonra qadın fiziki yaxınlığa nail olacaqdı, amma bu heç birinə xoşbəxtlik bəxş etməyəcəkdi. Lyuba sonralar özünün odövrkü xarakteri və soyuq temperamenti barədə xatirələrində “şimallı qız”, “dondurulmuş şampan şərabı” ifadələrini işlədir, həyat yoldaşı onun donunu açmaq və bu şampanı dadmaq istəmirdi. Sevgilisinin bu addımı ona anlaşılmaz gəlirdi və o ümidsizcə yazırdı: “Məktublarda ayaqlarımı və donumu öpmək lazım deyil -mən necə istəyirəmsə sən də o cür öp dodaqlarımı, uzun və qaynar öpüşlərlə.” O, toylarına il yarım qalmış Bloka yazdığı bu məktubu nədənsə ona göndərmək yerinə arxivdə saxlamağa üstünlük verdi: “Siz məni, bu canlı adamı görmək yerinə görmədiniz, gözdən qaçırdınız.”

Əvəzində onu Blokun dostu Andrey Belıy çox yaxşı görə bildi. Moskvada anadan olmuş professor oğlu, əsl adı Boris Buqayev olan Andrey Belıy şair, yazıçı idi. Gümüş dövrün ən əlamətdar simalarından idi. Boris Pasternak onu dahi adlandırırdı. 1934-cü ildə ölümündən sonra Belıyın beyni İnsan Beyni İnstitutuna saxlanılmaya verilmişdi.

Belıy Bloka şeirlərindən heyran olmuşdu. Sonra tanış olmuşdular, tanışlıq dostluğa çevrilmişdi. Belıy tez-tez Blokların Moskva ətrafındakı malikanələrinə gedirdi. 1905-ci ilin iyununda Belıy qəfildən Lyubaya sevgi məktubu yazdı. Lyubov Dmitryevna məktuba ilıq cavab verdi: “Məni sevməyinizə şadam. Məktubunuz elə isti və ciddi idi ki. Sevin məni - bu yaxşıdır. Mən sizə ancaq bunu deyə bilərəm... Mən sizi tərk etməyəcəm, tez-tez sizin haqqınızda düşünəcəm ...”

Belıy dostuna, “qardaş”ına, kumirinə hər şeyi etiraf etdi. Onların söhbəti üçlükdə baş tutdu. Belıyın xatirələrinə görə Blok ancaq bunları deyib: “Nə demək olar... Şadam...”

Kim qalib oldu?

Və adamı dəli edən aylar uzanırdı... Mendeleyeva heç cürə qəti qərar verə bilmirdi. Belıy öz memuarlarında yazırdı: “Ş. (Mendeleyevanın adını məxfi saxlamaq üçün belə adlandırmışdı) etiraf etdi ki, məni və... Bloku sevir; bir gün sonra isə nə məni, nə də Bloku sevdiyini dedi; daha bir gün sonra onu bacı kimi, məni isə istəklə sevdiyini dedi. Daha bir gün sonra tam tərsinə; bu müşküldən başım partlayır, beynim çalxalanır.”

O dövrdə şairlərin mühitində mövcud olan “üçnəfərlik məhəbbət”dən Belıy qəti şəkildə imtina edir və Mendeleyevadan seçim tələb edirdi. O isə öz seçimini etdi...

1906-cı ilin avqust ayında Lyubov Mendeleyeva Belıya məktub yazaraq onlara gəlməyi qadağan edir. Daha sonra bir daha qeyd edir ki, o, Bloku seçib. Belıy dəli olmaq həddinə çatır: “Mən onu Məryəm ana hesab edirdim, sən demə İblis imiş.” O, dostlarından birinin vasitəsilə Bloka xəbər göndərərək duelə dəvət edir. Blok isə arxayınlıqla deyir ki, duel üçün heç bir səbəb yoxdur, dostuna dincəlmək lazımdır. Belıy yuxusuz gecələr keçirir, görüş üçün yalvarır, ağlayırdı... Hətta bir dəfə özünü Neva çayına atmaq istəyir, amma sahildə adam çox olduğu üçün alınmır. Nəhayət Belıy xaricə gedəsi olur (halbuki Mendeleyeva ilə getməyi planlaşdırırdı). O, xaricdən il yarıma qayıdacaqdı, amma nə olsun, yenə də Lyubanı unuda bilməmişdi.

Belıy ilə Mendeleyevanın sevgi tarixçələrində ən maraqlı hadisə odur ki, münasibətləri öpüşdən o yana keçməmişdi. Lyuba bir dəfə onun yanına gəlmiş, amma istəyini yarıda qoyub qaçmışdı!

Bəs Lyuba? O nə elədi? “Mən o vaxt öz sevgimə sadiq qalmışdım, amma sonra qarşıma çıxan bütün aşiqlərimə güzəştə getdim. – O kədərlə yazırdı. – Bir halda ki, mənə pərəstiş edən kişilərin qarşısında ərim tərəfindən köməksiz buraxılmışdım.” Blok ona ürəyi istədiyi hər şeyi eləməyə icazə vermişdi. Özü 1907-ci ildən başlayaraq aşiq olduğu qadınların dərdindən başını itirmişdi.

Aktrisa olmağa qərar verən Lyuba isə davamlı olaraq əyalətdə qastrollarda olur və daha çox yeni başlayan aktyorlarla təsadüfi görüşlər, bir anlıq sevgilər yaşayırdı. 1908-ci ildə belə təsadüfi görüşlərin birində Lyuba hamilə qaldı. O, ərinə məktubunda yazırdı: “Allah bilir mən nələr eləmişəm, amma səni sevirəm, sevirəm, sevirəm və sənə can atıram!”

# 1413 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #