Telli Pənahqızı: “Kitab əlimdən düşmür”

Telli Pənahqızı: <span style="color:red;">“Kitab əlimdən düşmür”
16 may 2016
# 08:30

Kulis. Azın kitabla bağlı suallarını tanınmış telejurnalist Telli Pənahqızı cavablandırır.

- Uşaqlıqdan və indi oxuduğunuz kitablar hansılardır? Nələr qalıb yadınızda?

- Əlifbanı 5 yaşımdan öyrənmişəm. O vaxtlar məktəbə 7 yaşın tamam olandan sonra götürürdülər, ancaq böyük qardaşım məktəbə gedirdi, mən evdə onunla bərabər əlifbanı, yazıb oxumağı, saymağı öyrənmişdim. Bir ildən sonra iki ayağımı bir başmağa dirəyib israrla məktəbə getmək istəyimi gerçəkləşdirməyə nail oldum. İlk kitablarım nağıllar və dastanlar olub, həm də bunu axşamlar bizim evə söhbətə gələn qonşuların xahişi ilə ucadan oxuyurdum. Sonralar yüzlərlə kitab oxudum, ancaq o məclislərdə və gecələr nənəmin qorxusundan, əl fənərinin işığında yorğan altında oxuduğum əsərləri heç unutmadım. Sonra Azərbaycan klassiklərinin, məşhur fikir və bilim adamlarının kitabları daxil oldu həyatıma. O dövr üçün çox populyar olan yazıçı və şairlərimizin kitablarını təbərrik kimi yastıq altında saxladığımız günlərimiz vardı... Adlarını sadalasam, çox uzun bir siyahı alınar.

- Heç kitab oğurladınızmı?

- Oğurladığımı xatırlamıram, amma bəzən kimdənsə götürüb geri qaytarmadığım kitablar olub.

- Şəxsi kitabxananız varmı?

- Var! Özü də yetərincə zəngin kitabxanam var.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- Sevmədiyim?! Əgər o yazıçının əsəri mənim xoşuma gəlirsə, ona şəxsi simpatiyamın bu məsələyə heç dəxli yoxdur.

- Məktəbdən, universitetdən dərs kitablarınız dururmu?

- Məktəb kitablarımdan yox, çünki biz oxuduğumuz illərdə qonum-qonşuda kitaba ehtiyacı olanlar çox idi, o üzdən bəzən biz istəməsək belə, valideynlərimiz kitablarımızı kimlərəsə verirdi. Universitetdən isə bəzi müəllimlərimizin dərs kitablarını saxlamışam.

- Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Allah sizi saxlasın, indiyədək belə şeylər kimin xatirində qalar ki? Amma, yəqin ki, oxumağı. Lakın xəttim, yazım qüsursuzdur, mən xoşbəxtəm ki, yaxşı müəllimlərim olub.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Əvvəllər vərəqi qatlayırdım, indisə ya səhifəni yadda saxlayıram, ya da araya əlfəcin qoyuram.

- Şeir əzbərləyirsiniz?

- İlk gənclik illərində xeyli şeir bilirdim. Yaddaşımın bir küncündə yığılıb qalanlar da var. Ancaq indi çətin əzbərləyirəm.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Məncə bu suala cavab verdim. Azərbaycan nağıllarını, hə, bir də, rus yazıçısı İvan Turgenevin "Mumu" hekayəsini.

- Kiməsə kitab bağışlamısınız?

- Çox! Şəxsi kitablarımdan əlavə, kitabxanamda olanların da bir qismini (təxminən 500 kitab) ötən il məktəblərə bağışladım.

- Sizcə aktyor, müğənni, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Auditoriyanın gözü qarşısında olan hər kəs Azərbaycan dilini bütün incəlikləri ilə, həm də yetərincə mükəmməl bilməlidir. Təəssüf ki, indi hər yerdə bunun əksini görürük. Dili bilməyənlər və ya birtəhər yola verənlər TV ekranından, radio efirindən düşmürlər.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Mənim əlimdən kitab düşmür ki...

- Avtobusda çantasından kitab çıxarıb oxumağa başlayan adam görəndə nə düşünürsünüz?

- Sevinirəm, sadəcə.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Var! Amma onların sayı yetərincə deyil. Çünki, savadlı, bacarıqlı, istedadlı adam qol götürüb efirdə hər havaya oynamır, şit, əttökən verilişlərə aparıcılıq eləməyi özünə sığışdırmır. Müxtəlif yollarla və şərtlərlə efirə yol tapanlarınsa müvafiq təhsili yoxdur. Jurnalistika təhsili alanlar qeyri-peşəkar, lakin qapıdan qovulanda bacadan yol tapanlarla mübarizədə gücsüzdülər. Ona görə də özəl kanalların rəhbərləri verilişlərin sponsorluğunu öz üzərinə götürən qurumların sifariş etdikləri havanı çalmağa məcburdurlar. Əks təqdirdə, işçilərinin maaşını ödəyə, texniki məsrəfləri qarşılaya bilməzlər.

- Yazırsınız...

- Bəli. Mən on kitabın müəllifiyəm. Üç şeir kitabım var.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Qiyabi tanıdıqlarım, adını eşitdiklərim, dost olduqlarım da çoxdur. Hansınınsa adını unuuda bilərəm deyə, ad çəkməyim...

- Svetlana Aleksiyeviçi tanıyırsız?

- Bu xanımın "Müharibənin sərt üzü" əsərini oxumuşam

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Mövlana Cəlaləddin Rumini çox sevirəm.

- Son olaraq tamaşaçılara, oxuculara sözünüz.

- Oxuyun, öyrənin, məlumatlanın. Bir gün görəcəksiniz ki, sən demə, bildikləriniz bu böyük aləmin zərrəciklərindən başqa bir şey deyilmiş.

# 1482 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər