Məşhur yazıçı: “Dostoyevski kobud və tərbiyəsizdir”

Məşhur yazıçı: “Dostoyevski kobud və tərbiyəsizdir”
16 yanvar 2014
# 13:35

Kulis.Az rus yazıçı Vladimir Nabokovun sevmədiyi məşhur əsərləri təqdim edir.

Nikolay Qoqol “Dikanka xutoru yaxınlığındakı gecələr”

Nabokov Qoqol haqqında fikirlərini dəfələrlə səsləndirib: “O ən pis əsərlərində - bütün o Ukrayna cəfəngiyatında–o heç nəyə yaramayan müəllifdir, ən yaxşı əsərlərində isə o misilsizdi.” Ancaq Qoqolun ilkin əsərlərinə münasibətdə yazıçı tamamilə barışmazdır: “Mən nə vaxt yuxuda kabus görmək istəyirəmsə onda gözümün qabağına “Dikanka” və “Milqorod”da Dneprin sahilində gəzən xəyalətlər, vodevil yəhudiləri və qazaxlardan yazan Qoqol gəlir.” Nabokov etiraf edirdi ki, onun gənc qadınları təsvir edə bilməməyinə görə çox pis olurmuş.

Fyodor Dostoyevski “Cinayət və cəza”

“Gizlətmirəm, Dostoyevskini taxtından salmağım gəlir” – Nobokov yazıçı haqqında leksiyalarında deyir. Nabokova görə Dostoyevski sentimental romanların və Qərb detektivlərinin təsirindən çıxa bilməyən “ucuz sensasiya həvəskarı, kobud və tərbiyəsizdir.” “Cinayət və Cəza” isə “dəhşətli uzundərəçilikdi.”

Ernest Heminquey “Əcəl zəngi”

Ernest Heminqueyin “Qoca və dəniz” əsərini və bəzi hekayələrini yüksək qiymətləndirməsinə baxmayaraq Nobokov onu “uşaqmuşaq üçün yazıçı”, “ümidsiz, yetişməmiş adam” adlandırırdı. Yazıçının ən çox nifrətinə səbəb olan roman nədənsə “Əcəl zəngi”dir. O romanı ingiliscə belə xarakterizə edirdi: “something about bells, balls, and bulls”

Uilyam Folkner “Hay-küy və hiddət”

“Heç nədi, mənim üçün qətiyyən heç bir əhəmiyyəti yoxdur”, - Nabokov Uilyam Folkner haqqında belə deyirdi.

Tomas Mann “Venesiyada ölüm”

“Nəhəng romanlar yazan kiçicik yazıçı”- Nabokov Mannı bu cür nalayiq şəkildə xarakterizə eləmişdi. Hətta alman yazarın ən məşhur hekayəsi də Nabokovun tərifinə layiq olmayıb: ““Venesiyada ölüm” axmaqlıqdır. Onu şedevr hesab etmək ağlasığmaz sayıqlamadı.”

Boris Pasternak “Doktor Jivaqo”

“Dəyərsizdi, biçimsizdi, bayağıdı, çeynənmiş situasiyalarla və banal təsadüflərlə dolu melodramdı”, - Pasternakın Nobel almış bu əsəri haqqında Nabokov belə deyirdi. Buna baxmayaraq Nabokov Pasternakın şairlik istedadın danmır, onun haqqında belə deyirdi: “Onun sintaksizı pozğundu.”

Jan Pol Sartr “Ürəkbulanma”

Nabokov ekzistensialistləri bəyənməyib, onun fikrinə görə Sartr “Kamyudan da betərdi”. Kamyunun yaradıcılığını o iyrənc hesab edirdi. Yazıçının “Ürəkbulama”sını isə “ilk baxışdan dramatik görünsə də dağınıq yazı manerasına” görə sevmirdi.

Ziqmund Freyd “Yuxu yozması”

Öz fəlsəfəsi ilə Freydə ilham verən Şopenhauerə sevgisi Nabokova Freydə nifrət etməyə mane olmurdu. O Freydi ələ salırdı. “Yuxuların freydist interpretasiyası şarlatanlıq və iblisanə sarsaqlamadı.”

Somerset Moem “Ay və qara şahı”

Nabokov BBC-yə müsahibəsində Moemi realistliyi banallığın köməyi ilə imitasiya edən adi yazıçı adlandırırdı. O, Balzak, Qolsuouru və Drayzeri də bu cür xarakterizə edirdi.

Migel de Servantes “Don Kixot”

Qəribə hidalqo haqqında romanı həddindən artıq qiymətləndirilmiş “amansız və kobud köhnə kitab” hesab edirdi. Buna baxmayaraq o Harvard universitetində Servantes haqqında leksiyalar hazırlamış və əsər haqqında dediklərinə rəğmən dözümlü yanaşmışdı.

# 2971 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #