Sevinc Elsevərdən YENİ ŞEİRLƏR

Sevinc Elsevərdən <span style="color:red;">YENİ ŞEİRLƏR
14 mart 2015
# 09:12

Kulis Sevinc Elsevərin uşaqlar üçün yazdığı yeni şeirləri təqdim edir.

Ağ şar, qırmızı şar

Deyirlər topa bənzəyir yer kürəsi

Ay ağ şara

Günəş qırmızı...

Buludlar oyun xəmir kimidi

Nə istəsən düzəldirsən

Bəzən ata oxşayır

Bəzən dəvəyə buludlar...

Bəzən nəhəng

Bəzən xırda olurlar...

Ulduzlar da sarı dən

Səpilir ovuc-ovuc

Gecə qaratoyuq kimi

Bir-bir dənləyir

Sabaha kimi

Səhərə qalır

Təkcə bir ulduz

Dən kimi sarı

Dan ulduzu...

Onu da tezdən duran

Çəpərin üstünə hoppanan xoruz

Boğazın uzadıb dənləyir

Ulduz boğazından keçməmiş

banlayır

“quqquluqu, səhər oldu

günəş bacı qalx ayağa

işığından pay ver

çöllərə... dağlara.... uşaqlara...”

Dağların, dənizlərin arxasında bir əmi var

qırmızı şarı şişirdib göyə buraxar

o şar dünyamıza işıq saçar

deyir uşaqlar...

axşamlar yorular

enər qırmızı şar

ağ şar qalxar göyə

bizə nur verməyə...

Nərminimin duası

Allah baba,

sən neçəyə qədər saya bilirsənsə

atam o qədər yaşasın

hələ mənə

iyirmiyə qədər saymağı

öyrədib müəlliməm...

Pişiyə ət, dovşana ot

Dovşan, dovşan, a dovşan

quyruğun qısadı

pişiyin quyruğundan

qulaqların uzundu

pişiyin qulağından

Yeməyə çağıranda pişiyi

piş-piş deyirik

dovşana doş-doş

pişiyə ət

dovşana ot veririk...

hirsləndilərsə üzlərini görmə

baxmayın sakit görünməklərinə

caynaqları bənzəyir onların

bir-birinə...

Hesab dərsi

Balaca Rəşid

saydı barmaqlarını, saydı

“bir... iki” dedi, dayandı

böyüklər nə dillər tökdü

üçü, dördü yedi

elə “bir, iki” deyib

sözünün üstündə durdu

Saydı, ağacları saydı

maşınları

evləri

otaqları

pəncərələrdə işıqları saydı

hamısının cəmi iki elədi

Bircə göydəki ayı, günəşi düz saydı

səhər günəşə bir dənədi dedi

ikinci günəşi tapa bilmədi

axşam aya...

ulduzları da

topladı

çıxdı

vurdu

böldü

yenə cavab iki elədi...

# 3011 dəfə oxunub

Oxşar xəbərlər

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

10:30 13 avqust 2026
"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

15:45 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər