"Azərbaycan" jurnalı müzakirə qalmaqalı böyüyür

"Azərbaycan" jurnalı müzakirə qalmaqalı böyüyür
10 fevral 2014
# 15:02

“Azərbaycan” jurnalının son sayında çap edilmiş romanlar haqqında müzakirədən sonra Qan Turalı, Pərviz Cəbrayıl, Cəlil Cavanşir, Aqşin Yenisey, Sevinc Elsevər bundan narazı qalaraq polemikada iştirak edənləri savadsızlıqda və qeyri-obyektiv olmaqda ittiham ediblər. Polemika iştirakçıları bu ittihamlara qarşı öz fikirlərini AzVision.az-a bildiriblər:

Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadə: “Bizim məqsədimiz kimisə nə məqsədli tərif, nə də təhqir etmək olmayıb. Biz Azərbaycan romanının müasir mənzərəsini, janrın inkişaf meyllərini göstərməyə çalışmışıq. Demirik ki,bu işi həll edib qurtarmışıq. Amma bir müzakirənin çərçivəsində nə etmək mümkünsə etmişik. Təşkilat mənsubiyyətindən aslı olmayaraq bütün istedadlı yazarlara hörmətimiz var. Amma sadəcəm hay-küy doğurmaqla özünü dahi hesab edənlərlə də razılaşa bilmərik. Müzakirə ətrafında gedən söhbətlərin özü də göstərir ki, müxakirənin vaxtı çatıbmış və əziyyətimiz hədər getməyib. Mətn Azərbaycan jurnalında var. İstəyən oxusun. Orada heç bir təhqir yoxdu. Bütün bu səs-küylər göstərir ki, biz məqsədimizə nail olmuşuq.

Ulduz jurnalının baş redaktoru Elçin Hüseynbəyli: ” Bizim polemika xeyli dərəcədə nəzakətli və mədəni formada aparılıb. Mən və tərəfdaşlarımız diqqətimizi çəkən əsərləri qeyd etmişik. Lakin məqsədimiz heç də konkret romanları müzakirə etmək olmayıb. Biz müasir romançılığın qarşısında duran problemləri çözmək istəmişik və öz mülahizələrimizi bildirmişik. Lakin qarşı tərəf bizim polemikadan qat-qat aşağı səviyyədə fikir bildirib, təhqir ifadələrinə yol veriblər. Təhqir və söyüş gücsüzlərin silahıdır.”

Polemikanın ideya müəllifi və aparıcısı Əsəd Cahangir isə bütün ittihamlara bir cümlə ilə cavab verib: “Allah onlara istedad versin!” Xatırladaq ki, polemikada İntiqam Qasımzadə, Elçin Hüseynbəyli,Seyran Səxavət, Əsəd Cahangir Vaqif Yusifli və Pərvin iştirak ediblər.

# 3400 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər