Şərif Ağayar homoseksual haqqında roman yazır... TƏFƏRRÜATLAR

Şərif Ağayar homoseksual haqqında roman yazır... TƏFƏRRÜATLAR
12 sentyabr 2013
# 12:44

Kulis.Az “Nə yazırsınız” sorğusu ilə yazıçı Şərif Ağayara müraciət edib. Homoseksual bir gənc haqqında roman yazdığını deyən Şərif Ağayar romanın süjeti barədə danışmasa da onu roman yazmağa sövq edən hadisə barədə qeydlərini bölüşüb:

“İdeya Murakaminin “Norveç meşəsi” romanını oxuyarkən ağlıma gəldi. Orda tələbə həyatı, tələbə yataqxanası, gənclərin isti-soyuq münasibəti təsvir olunur. Mənim tələbəliyim də qeyri-adi bir şəraitdə, müharibənin lap yaxınlığında, top səslərinin eşidildiyi bir rayonda keçib. Olduqca maraqlı hadisələrin, situasiyaların şahidi olmuşam”.


Şərif Ağayar gələcək romanının prototipinə çevrilməli olan obraz haqda da danışıb: “Həmin vaxt bir oğlanla tanış oldum. Testlə ali məktəbə qəbul olunub tələbəçiliyin nə olduğunu anlamayan bu rayona düşmüşdü. O, əvvəl yataqxanada qaldı. Uşaqlar arasında böyük nüfuzu vardı. Hamı hörmət edirdi. Bizdən fərqli olaraq qəşəng geyinir, seyrək saqqalını səliqə ilə qırxırdı. Namaz qılırdı. Sonra yataqxananın nadinc uşaqları bu oğlanı anonizmlə məşğul olarkən tutdular və... hər şey bundan sonra başladı. Sən demə hamının gördüyü bu iş seyid üçün, namaz qılan bir insan üçün böyük qəbahətmiş. Bir sözlə onu sındırdılar və bir müddət sonra əslində aktiv eşcinsəl olduğu ortaya çıxdı”.


Prototipin faciəsi də bundan sonra başlayıb: “Küçələrində saqqallı əfqan mücahidləri dolaşan bu balaca, qorxulu rayonda Raufa münasibət necə olardı sizcə? Onu hamı atdı... Yalnız vaxtı ilə varlı ailədən sevdiyi gözəl bir xanım sonacan ona sadiq qaldı. Raufun başına çox işlər gətirdilər, o, bir neçə dəfə intihara cəhd etdi. Rayondakı son günlərini mənim yaxın qonşuluğumda tutduğu kirayə mənzildə keçirdi. O ev indi də durur. Xalq arasında “finski” deyilən taxta evdir... Və ömrünün ən məşəqqətli anları gözümün qabağında keçdi Raufun. Taa qohumları gəlib onu aparana qədər”.

Yazıçı şahidi olduğu bu əhvalat haqda yazmaq istədiyinə bildirsə də gələcək romanında gerçəkliyə tam sadiq qalmayacağını, zəruri əlavə və ixtisarlar edəcəyini, habelə təxəyyülünə də arxalanacağını əlavə edib.

# 4332 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər