Türk dünyasının gənc şairləri Bakıya toplaşacaq

Türk dünyasının gənc şairləri Bakıya toplaşacaq
27 noyabr 2017
# 19:42

Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, universitetin və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşkilatçılığı ilə “Türk dünyası şeir axşamı” adlı tədbir keçiriləcək.

DGTYB-dən bildirilib ki, “Bakıdan türk dünyasına” adlanan layihə çərçivəsində silsilə tədbirlər təşkil olunacaq. Belə ki, dekabrın 2-də Azərbaycanda Atatürk Mərkəzində layihənin ilk tədbiri keçiriləcək.

Tatarıstan Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Danil Salih, Qazaxıstanın Əməkdar Mədəniyyət İşçisi Almas Ahmetbekoğlu (Sakbayev) tədbirlərə fəxri qonaq kimi dəvət olunublar.

Tədbirlərdə Türkiyə, İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrin gənc yazarlarının iştirakı gözlənilir. /azertag.az/

# 1952 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər