Emil Zolyanı Fransa prezidenti öldürdümü?

Emil Zolyanı Fransa prezidenti öldürdümü?
8 iyun 2013
# 07:00

Kulis.Az ədəbiyyat tarixinin bir neçə müəmmalı hadisəsini təqdim edir.

“Beovulf” dastanını kim yazdı?

“Beovulf” dastanı anqlosakson ədəbiyyatının günümüzə gəlib çatmış ən önəmli əsəridir. Əsərdə qəhrəman Boevulfun Danimarka ərazisinə kömək üçün gedərək orada əjdəhalarla vuruşmasından danışılır. Əsər qədim ingiliscə yazılmış ən böyük poemadır. 3182 sətirdən ibarətdir. Əsərin müasir ingilis dilinə tərcüməçisi 1999-cu ildə mükafat almışdır.

Əsərin yaranması haqqında dəqiq məlumat yoxdur. Əldə olan məlumatlara əsasən “Boevulf” VIII-X əsrlərin məhsuludur. Ola bilsin ki, dastan daha əvvəlki əsərlərdə yaranmış və şifahi şəkildə nəsildən-nəslə köçürülərək VIII-X əsrlərdə qələmə alınmışdır.

Edqar Allan Ponun müəmmalı ölümü

3 oktyabr 1849-cu ildə qırx yaşlı yazıçı Edqar Allan Po Baltimor küçələrinin birində pərişan halda tapılır. Quduzluq əlamətləri ilə Vaşinqton Universiteti xəstəxanasına yerləşdirilən şair dörd gün sonra vəfat edir. Bu müddətdə şair başına gələnləri anlatmaq gücündə olmur, sadəcə “Reynolds” deyə qışqırırmış.

Po 27 sentyabr tarixində Riçmonddan çıxaraq Nyu-Yorkdakı evinə gedirmiş. Onun tapılana qədər harda olduğu barədə məlumat yoxdur.

O tapılanda əynində başqa adama məxsus geyim varmış. Bəzi versiyalara görə Edqar Poya seçki saxtakarları tərəfindən dərman vurularaq başqa geyim geyindirilmiş, sonra səs verməsi üçün bir neçə seçki məntəqəsinə aparılmışdır. Amma bu versiyanın əleyhdarları Ponun Baltimurda da məşhur olduğunu, paltarını dəyişsə belə tanınacağını söyləyirlər.

“Müdrikliyin yeddi sütunu” əsərinin ilk əlyazması hara yox oldu?

“Ərəbistanlı Lorens” kimi tanınan Britaniyalı səyyah Tomas Edvard Lourensin 1919-cu ildə Paris sülh Konfransı əsnasında “Müdrikliyin yeddi sütunu” əsərini artıq yazıb qurtarmışdı. Yeni il ərəfəsində əlyazmanı götürərək İngiltərəyə qayıdan səyyah qatarda yoxlama zamanı içində əsərin əlyazmasının da olduğu çantanı itirir. Bəzi tədqiqatçılar Lourensin çantasını vağzalın bufetində unutduğunu desələr də digərləri çantanın oğurlanması fikrinin üstündə dayanırlar. İtmiş əlyazma və çanta heç vaxt tapılmasa da Lourens yaddaşına güvənərək əsəri yenidən yazmalı olur. .

Emil Zolya öldürüldümü?

62 yaşlı fransız yazıçısı və siyasi xadimi Emil Zolya 1902-ci ildə Parisin yeddinci bölgəsində yerləşən evində ölü tapılır. Ehtimallar isə müxtəlifdir. Birincilər onun dəm qazından zəhərlənərək öldüyünü, ikincilər intihar etdiyini, üçüncü qism isə ona qarşı sui-qəsd təşkil edildiyini söyləyirdilər.

1898-ci ildə Zolya "Dreyfuz işi" ilə əlaqədar Fransa prezidenti Feliks Fora açıq məktub yazır. Məktub “Mən ittiham edirəm” başlığı ilə qəzetlərdə dərc olunur. Zolya Franza dövlətini ədalətsizlikdə və antisemitizmdə günahlandırırdı. Bu məktubdan sonra yazıçının düşmənlərinin sayı artır.

Onun intihar etdiyini düşünənlərin fikrincə Zolya Dreyfusun günahkar olduğunu öyrəndikdən sonra yazdığı məktuba görə məyus olmuşdu.

Məşhur yazıçının vəfatından bir müddət sonra ölüm yatağında olan parisli bir dam ustası “siyasi sifariş” əsasında Zolyanın evinin bacasını tıxadığını etiraf edir. Lakin bu qətl üçün çox da inandırıcı bir üsula bənzəmir, başqa bir tərəfdən isə ölüm yatağında olan dam ustası sifarişçilərin adlarını demir. Bu da Zolyaya qəsd edilməsi fikrini şübhə altında qoyur.

# 3339 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mühit lazımdırmı? - Yazıçılar öz məclislərindən danışdı

Ədəbi mühit lazımdırmı? - Yazıçılar öz məclislərindən danışdı

11:48 5 sentyabr 2025
"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

16:00 4 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər