Gizlincə yaşanan xoşbəxtlik – Qısa Hekayə

Gizlincə yaşanan xoşbəxtlik – <span style="color:red;">Qısa Hekayə
10 may 2019
# 13:18

Ceyhun Zərbəliyev

Saat: 22:22

Mələklər heyrət edirdilər...

Uşaqlar qorxudan ağlayırdı...

Qonşular üzülməkdən yorulmaqda,

Tanrı hər zamankı kimi gülümsəməkdə idi.

* * *

Saat: 22:12

Kişi fərqinə vara bilmədiyi həqiqət - iç dünyasında özünü qiymətləndirə bildiyi qədər “zərgər dəqiqliyi ilə” vulqar ifadələr seçir, illər öncə “namusumsan” deyib alnından öpdüyü qadını aşağıladıqca aşağılayırdı...

Qadın illər öncə qəbullandığı roluna rəng qatdıqca qatır, bədbəxt görünməyə çalışır, bu görüntüdən zövq alır, ürəyi getmiş kimi olur, ayılır, gülür, ağlayır, Allahı söyür, aşağılanmaqdan özünün də tam olaraq anlamadığı şəkildə gizlin və qəribə həzz duyurdu...

Kişi özü üçün onu ayaqda tuta biləcək dəyər saxlamamışdı, anasının və qızlarının küçə söyüşlərini eşitməsi onu addımlarını düşündürə biləcək ən axırıncı hərəkət belə deyildi - beldən aşağı özündə üstünlük kimi gördüyünün samit səslərinə maksimum yüklənib, söyüşlərini qadının qurban rolunun içində onsuz da çoxdan itib-batmış dəyərlərinə yönəldirdi...

Qadın üçün bütün növ təhqirlər sevilə bilir duruma gəlmişdi, vəziyyəti dəyişmək üçün ona yaşamın sunduğu onlarla seçim arasından tülkü obrazına sarılaraq bu həyatı beləcə yaşamağı seçmişdi: dünyanın ən əxlaqsız ifadələrini özü üçün “ailəsini qorumaq” çətiri altında doğmalaşdırmağı bacarmışdı. Qonşuların və evdəkilərin ona ünvanlanan ədəbsiz ifadələri eşitməsi onu utandırmağı ona çoxdan unutdurmuşdu...

Zaman irəlilədikcə kişi uşaqlarının anasının dirilərilə “işini” bitirdi. Hər zamankı etdiyini edib, cinsiyyət orqanını dilində rəhbər tutaraq, yüksək səslə qadının qəbirdə yatanlarının ağzını, üzünü, kəlləsini “oxşamağa” başladı...

***

Saat 22:32

Qayınana sevinirdi...

Qayınata “ailənin işinə qarışmazlar” deyirdi...

Seçimlər yaşanılırdı...

Hamı öz işində,

yazıçı “Yalançı fədakarlıq” adlı romanını bitirməkdə,

gənc bəstəkar “Ölsək də, ayrılmarıq” şərqisini yazmaqda idi.

Günəş haralardasa uzaq bir yerdə yenicə doğurdu.

Ulduzlar səmada hər zamankından daha aydın parlayırdı.

Ay buludlarla gizlənqaç oynamaqdan yorulmuşdu.

Şəhər körpələrini yatırdıb, özü yatmağa hazırlaşan analar kimi səs-küydən sonrakı yuxusuna hazırlaşırdı.

* * *

Saat: 22:42

Səhnə tamamlanmışdı.

Bacılardan böyükləri yatmışdı.

Kiçik qız gözlərini yumub, qorxusunu unutmağa, bu günlük hər şeyin bitdiyinə özünü inandırmağa çalışaraq normalda çənəsinə qədər çatan yorğanın ucunu çeynəyə-çeynəyə hıçqırır, yataq otağından gələn bayaqkı kobud səslərə bənzəməyən, yavaşlamaqda və zərifləşməkdə olan səsləri anlamağa çalışırdı...

Yanaşı uzanmış ər-arvad: qadın ağlayır, kişi oxşayırdı. Dünyanın ən uyumlu cütlüyü olduğunu, bir-birilərini tamamladıqlarını sadəcə ikisi bilir, bundan gizli-gizli zövq alırdılar...

Sabahkı tənələrə, öyüd-nəsihətlərə cavablar əvvəlkilərin təkrarı olacaqdı: “Ailədə söz-söhbət olar. Kimin ailəsində olmur ki?!”

***

Saat: 23:42

Uşaq bir gün bu yaşananların təkrarlanmayacağına ümid etmək istədi...

Sonra qorxdu...

Qorxduğu zamanlarda etdiyini etdi, gözlərini yumdu...

Gəlinciyini qucağına, boğazına möhkəm-möhkəm sıxıb ataların olmadığı rəngli, ikinəfərlik bir ev xəyal etdi...

Tanrı hər zamankı kimi gülümsəməkdə idi...

# 4529 dəfə oxunub

Oxşar xəbərlər

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

11:00 21 yanvar 2026
"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər