Sevgilisinin ətrafında barrikada quranlar

Sevgilisinin ətrafında barrikada quranlar
29 noyabr 2016
# 12:34

Kulis.Az Sonuncu Orxanın “Sahiblənmək” yazısını təqdim edir.

Metroda, avtobusda sevgilisinin ətrafında dörd divar olan oğlanları hamımız görmüşük. Beyinləri dörd divar, dörd göz prinsipi ilə işləyir. Sevgilisi olan adamın ətrafında elə bir təhlükəsiz zona yaradırlar ki, ora heç dünyanın ən inkişaf etmiş, güclü ordusu belə yaxınlaşa bilməz. Bununla bağlı bizdə məşhur yumoristik, ironik bir videorolik də çəkilmişdi. Belə adamları ələ salmaq üçün. Amma biz onları ələ salmaqla, ya onlara hansısa iradı bildirməklə onların əqidəsi, düşüncəsi dəyişən deyil, əksinə səni elə borclu çıxaracaqlar ki, adam adamlığından utanacaq.

Belə şeylər adamda qıcıq yaradır. Amma burda məsələnin başqa tərəfi də var. Sahiblənmək duyğusu sevgiyə daxildirmi? Məncə yox. Niyə daxil deyil? Fikrimi əsaslandırmaq üçün sizə bir filmdən misal çəkmək istəyirəm. Koreyalı rejissor Kim Ki Duku azdan-çoxdan tanıyırıq, filmlərinə baxmışıq. Onun məşhur Yaz, Yay, Payız, Qış... və Yaz filmi var. Filmdə hadisələr buddist monastırında cərəyan edir. Monastırda iki nəfər yaşayır, biri şagird keşiş, biri usta keşiş. Günlərini meditasiya və dua edərək keçirirlər. Bir gün monastıra iki qadın gəlir; ana və qızı. Ana qızının psixoloji problemlərinin olmasını deyir və sağalması üçün övladını monastırda keşişlərin yanına qoyub gedir. Günlər keçdikcə gənc keşiş qıza aşiq olmağa başlayır, vaxtlarının çox hissəsini bir yerdə keçirirlər, əylənirlər. Bir gün usta keşiş bunları çılpaq vəziyyətdə qayıqda görür.

Gənc keşiş günahının bağışlanmasını istəyir, əvəzində usta keşiş ona belə bir məsləhət verir: “Sahiblənmək duyğusu insanı qatilə çevirər.”

Usta keşiş qadına sağaldığını deyir və onu evinə yollayır. Oğlan nə qədər əngəl olmaq istəsə də alınmır və özü ilə bir buddist heykəl götürüb qızın arxasınca yollanır. İllər sonra usta keşiş qəzetlərin birində 30 yaşında bir adamın arvadını öldürməsi xəbərini eşidir. Bilir ki, bu keşişin şagirdi olan həmin adamdır. Və bir gün əlində qanlı bıçaq şagirdi onun yanına qayıdır. Filmin geri qalan kadrlarını danışmıram, istəsəniz özünüz baxın.

Sizə bu filmi ona görə misal çəkdim ki, fikrimi bir hadisə üzərindən izah edə bilim. Film real faktlara əsaslanır, onsuz belə hadisələr ətrafımızda demək olar hər gün baş verir. Bu film də bunun səbəblərini bizə göstərir, şüurumuzun alt qatındakı instinktlərimizi işıqlandırır və bizə doğru olanı izah edir. Mənə görə də sahiblənmə duyğusunun sevgiyə aidiyyatı yoxdur, bu, sadəcə bizi aldadan və nəticədə uçuruma yuvarlayan hisslərdir. Hələ bir də arada bəzi adamlardan belə sözlər eşidirik: “Mən heç vaxt ondan əl çəkməyəcəm, kiminsə onun həyatına girməsinə izn verməyəcəm, o, mənimdir, ancaq mənim!” Hələ bu hissə qapılıb özünü çarəsiz duruma salan adamlar var ki, öldürməkdən, baş kəsməkdən danışırlar. Yəni bu hiss adamı bu qədər heyvanlaşdırır. Gözün heç nəyi görmür. Özünü məhv eləməklə bərabər başqasının da həyatını zəhərə döndərirsən. Yəni demək istəyirəm ki, bir-birimizi rahat sevək, rahat ayrılaq, qərarlarımıza sayğı ilə yanaşaq. İnsanı sevmək bu cür olur. Başqa hər şey bəhanədir, eqoistlikdir. Bunu sevgi, diqqət kimi qəbul edən xanımlara da demək istəyirəm. Hər halda belə olmasını oğlanlardan da daha çox siz istəyirsiniz. Tələb-təklif məsələsi.

Belə... Gəlin bir-birimizi daha da gözəlləşdirək, bir-birimizi ağrılardan qoruyaq, şəfamız məhəbbət olsun, qəzəb və kin yox!

# 1861 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #