Tənha olduğunuzu telefonla necə bilməli?

Tənha olduğunuzu telefonla necə bilməli?
12 mart 2014
# 11:33

Kulis.Az Küçük İsgəndərin deyimlərini təqdim edir.

Heç görüb, toxunub, öpmədiyin birinə aşiq oldunmu? Olsaydın eşqin nə olduğunu bilərdin.

Səninlə bir çaydanla qəhvədan kimiyik. Mən üst hissəsiyəm, sən isə alt hissə. Böyüksən axı, aramızdakı fərq isə budur: mən sənsiz də dəmlənə bilirəm, amma sən mənsiz ancaq su qaynada bilərsən.

Gedə bildiyin yerə qədər get. Bu limanda itirdiyim yeganə gəmi sən deyilsən. Amma bunu unutma: fırtına limanda qalanı deyil, gedəni məhv edir.

Gözümü bağlayıb itələsələr yenə sənin yanına düşərəm, yer cazibəsi deyil bu, yar cazibəsidi.

Şeytan Tanrının məsdər halıdır.

Torpaq olsam üstümdə gəzməyəcəksən, hava olsam içinə çəkməyəcəksən. Bu cür düşmənsən!

Səni yatarkən izləmək vardı indi... Qoxunda sərxoş olmaq... Səni oyandırmaq üçün can atmaq, amma qıya bilməmək.

Sən gedəndə “boş ver, dünyanın sonu deyil ki” deyən dostlarıma mənim dünyamın səndən ibarət olduğunu necə anlada bilərdim axı.

Eşq xarab olmuş kompasdır, səni səhv bədənlərə aparar.

Normal halda 2 gün güclə davam gətirən telefonunun zaryadkası, 5 gün qalırsa, deməli, tənhasan.

Qəlbə qarşı tərbiyəsizlik edəndə eşqi döymək lazımdır.

İllah da üçüncü şəxs aramıza girəcəksə bu şəxs kiçik barmaqları olan bir qızımız olsun.

Artıq aramızdakı uzaqlıqdan özünə qalın matəm geyimi tikdirə bilərsən. Televizorumun göstərmədiyi bir kanal kimisən artıq. Sən get, bambaşqa yataq otaqlarında sıradan insanların bədənlərini bəzə!

“Sənin üçün ölərəm”,- dedi. “Mənim üçün onsuz da ölmüsən”,- dedim, cəsədini götürüb çıxdı.

Şirin dil ilanı yuvasından çıxarar, öküzü deyil. Niyə geri qayıtmadığını anladım.

Məhəbbəti yüksəklərə qaldırıb üzərinə belə yazmaq lazımdır: “Alçaq”ların əlinin çata bilməyəcəyi yerlərdə saxlayın.

Burax artıq yanaqlarımı, dodaqlarımı, gücün çatırsa məni ürəyimdən öp.

Soyuq və şəkərsiz çay kimisən. Nə içimi isidirsən, nə ağzıma dad verirsən, sadəcə yuxumu qarışdırırsan.

Bu gün kitab izlədim, film oxudum, musiqi yedim, yemək dinlədim. Ağlım səndə idi, heç bir şeyi doğru-düzgün edə bilmədim.

Meyvə verməyən yeganə ağac dar ağacıdır.

Eşitdim ki, böyrəyində daş var. Çox güman ki, ürəyindən düşüb.

Evdə pişik, it bəsləməklə heyvansevər olmazlar, heyvansevər mənim kimi olar: qoynunda ilan bəsləyəcəksən.

“Ağlayırsanmı?” Soruşdu məni tərk edəndə. Yox səhv yerdən işəyirəm, axmaq.

Nə kommunistəm, nə sosialist, nə ateist. Qismətsizəm!

Birini itirmək istəsəniz onu çox sevin, kifayətdir.

Qəlbim qırılıb, diqqət elə, əlini kəsməsin!

Rakı = maye vitamin.

Sənin həmişə “səni sevirəm, amma...” ların vardı, mənim isə “Amma səni sevirəm”lərim.

Özünü bir pox hesab edənlərlə eyni kanalizasiyada olmaq çox çətindir.

Qarpız seçəndə göstərdiyiniz diqqəti sevgili seçəndə də göstərsəydiniz bu qədər kələk yaşamazdınız.

İpodunda heç dinləmədiyin, sırası gələndə ötürdüyün mahnıyam. Nə dinləyirsən, nə də silirsən.

# 3726 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər