İndi quşu dişi itdən çox arzulayırdı - HEKAYƏ

İndi quşu dişi itdən çox arzulayırdı - <span style="color:red;">HEKAYƏ
12 sentyabr 2017
# 09:18

Kulis.az Şəfaqət Cavanşirzadənin “Aclıq” hekayəsni təqdim edir

Ən bahalı it cinsinin küçüyü idi. Anasının altı aylıq küçüyü! Əvvəllər ona heyranlıqla baxardılar. İndi heç kimə maraqlı deyildi. Ana it də ona görə mübarizə apardı, sonunda tab gətirə bilmədi. Həyatla mübarizədə çoxdan iki ayağının üstündə dayanıb qabaq ayaqlarını havada yelləmişdi. Leşinin harda olduğu sahibinin vecinə olmadı. Olmadı deyəndə, o küçük olanda ona bir maşının pulu sayılmışdı. O pulu bir həftəyə xərcləyirdi. Küçük anasına bənzəyə bilərdi, anası kimi öldürülmək istəmirdi. Bomboş küçədə ondan başqa ins-cins bilinməyən bir yerdə necə sağ qala bilərdi? Heç kim onu görmürdü!


Gözlərini göyə dikmişdi. Tanrıya dua eləmirdi, uçan quşlardan birinin acından çöküb yerə düşməyini gözləyirdi.


Öncə qan iyini ciyərlərinə çəkmək, sonra dişlərinin arasında nazik sümüklərini sındırıb, ətini ləzzətlə necə çeynədiyini qulağıyla eşitmək istəyirdi...


Qarnı tox olsaydı, tənhalığını hiss edəcəkdi. Özünə oxşamayan, gözündə bütün itlərdən gözəl dişi arzulayacaqdı. Dişini qoxlaya-qoxlaya küçüyünün bünövrəsini qoyacaqdı, qarnı tox olsaydı!...
İndi quşu dişi itdən çox arzulayırdı. Ömürlük razıdır, bəxtsiz ikiayaqlılar kimi tənha qalsın, heç bir dişi it üzünə baxmasın.Offff, cəhənnəm, quş da uçmurdu!
Ümidini itirdi, məyus gözlərini göylərdən çəkdi, özündən qabağı görmək istədi. Aman allah, sümük!...

Bəlkə aclıqdan gözünə sümük görünür?! Bir-iki addım yaxına gəldi. Hə, hə!...Gözləri onu aldatmırdı, ümidi onu itirməmişdi. Həyəcandanmı, aclıqdanmı qorxa-qorxa yaxınlaşırdı nemətinə. Gözü nemətindən başqa heç nəyi, heç kimi görmürdü. Yaxınlaşdı!...
- Az qalıb, bir-iki addım atandan sonra cəsarətə gələcəksən. Hə, çətini addım atmaqdı. At addımını!...
-Aha, eşitdi səsimi, əla!...
- Qaç! - daxilindəki səs ona yol göstərirdi.
Yerişini sürətləndirdi. O sümük mənim ümidimdir. Hər şeydən əvvəl ümidim!...- düşündü.
Uzaqdan sümüyə dişlərini göstərdi, ağzının suyu axdı!...
- Az qalıb!...Az qalıb!... Yooooox!....
İçində baş qaldıran üsyanı onu çökdürdü, ümidlərini gedər-gəlməz elədi. Üç-dörd insan əli sümük üstündə dalaşdılar. Sümük əllərin arasında havaya qalxdı və yoxa çıxdı!...
- Offf!... Amansız insanlar, niyə? Niyə mənim sümüyümə göz dikdiniz?
Evinizdəki qızılları, bahalı mebellərinizi, şubalarınızı, bahalı ayaqqabılarınızı niyə yemirsiniz, mənim sümüyümə göz dikirsiniz?
Ahhh! Ac qalmamaq üçün illərcə onlar üçün çalışmadınızmı? Onlar üçün müharibə edib, bir-birinizi qanına qəltan eləmədinizmi?
Siz mənə oxşarların hamısını yediniz. Vəhşi heyvanlardan qorxa-qorxa nəslini kəsdiniz, yeməyə heyvan saxlamadınız!...
Ən zəifləri vaxtından tez məhv elədiniz. Heç olmasa, onları yem üçün saxlayardınız, şeytanlar!
Qaytarın sümüyümü!..Qaytarın!...Yalvarıram, qaytarın sümüyümü!...

Artıq gözləri yumulmuşdu. Bu dəfə əllər onu havaya qaldırdı, özünü yüngül hiss elədi. Onların ağız suyunu eşidirdi. Artıq məğlub olmuşdu. Ətinin kəsildiyini də hiss eləmədi!... Son!...

# 1577 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər