Qəbrinə şərab tökülən türk şairi

Qəbrinə şərab tökülən türk şairi
22 avqust 2016
# 12:44

O, ən məşhur və sevilən müasir türk şairlərindən biri idi. Və türk şeirində fərqli tərz yaratmağı bacarmışdı. Yaşasaydı 90 yaşını qeyd edəcəkdi.

Həyatı

Məşhur şair Can Yücel 1926-cı ilin 21 avqustunda İstanbulda dünyaya göz açıb. O, tək partiya dövründə 7 il təhsil naziri olan Həsən Ali Yücəlin oğludur. Can Yücel Canan adlı əkiz bacısı ilə birgə dünyaya gəlib.

O, 1943-cü ildə, yaxın dostu və sinif yoldaşı Qazi Yaşargillə birlikdə xaricdə təhsil alıb. Onunla bağlı yayılan məlumatlarda bildirilir ki, atası “öz oğlunu başqalarında seçdi” deyilməsindən çəkinərək xaricdə təhsil almağa icazə verməyib. Amma Qazi Yaşargil bu məlumatın düzgün olmadığını, ikisinin də ailələrinin imkanı ilə xaricə getdiyini açıqlayıb. Can Ankara və Kembric Universitetlərində latın və yunan dillərini öyrənib. Bir neçə səfirlikdə tərcüməçi, Londonda BBC-nin türk bürosunda diktor işləyib. Hərbi xidməti Koreyada keçirən Can, 1958-ci ildə Türkiyəyə qayıtdıqdan sonra bir müddət Bodrum və Marmaris şəhərlərində turist rəhbəri vəzifəsində işləyib. Ardından müstəqil tərcüməçi və şair olaraq həyatını İstanbulda davam edib.

Yaradıcılığı

Can Yücel 1945-1965-ci illlərdə bir çox məşhur jurnallara yazıb. “Yeni dərgi”, “Təcrübə”, “Sənət əməyi”, “Yazko ədəbiyyat” ve “Yeni düşün” jurnallarında yayımladığı şeir, yazı və tərcümə etdiyi şeirlərlə tanınıb. 1965-ci ildən sonra siyazi mövzularda yazmağa başlayıb. 1971-cil martın 12-də Çe Gevara və Maodan tərcümələr etdiyinə görə, 15 il həbs cəzasına məhkum edilsə də 1974-cü ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Azadlığa çıxdıqdan sonra həbsxanada yazdığı “Bir siyəsətçinin şeirləri” adlı kitabını çapdan çıxarıb.

1980-cı ildə ədəbsiz iddiası ilə “Rengahenk” adlı kitabı satışdan yığışdırılıb.

Onun ən məşhur və sevilən şeirlərindən biri “Bağlanmayacaqsan”dır:

Bağlanmayacaksın bir şeye, öyle körü körüne.

“O olmazsa yaşayamam” demeyeceksin.

Demeyeceksin işte.

Yaşarsın çünkü.

Öyle beylik laflar etmeye gerek yok ki.

Çok sevmeyeceksin mesela.

O daha az severse kırılırsın.

Ve zaten genellikle o daha az sever seni,

Senin onu sevdiğinden…

Çok sevmezsen, çok acımazsın.

Çok sahiplenmeyince, çok ait de olmazsın hem.

Hatta elini ayağını bile çok sahiplenmeyeceksin.

Senin değillermiş gibi davranacaksın.

Hem hiçbir şeyin olmazsa, kaybetmekten de korkmazsın.

Onlarsız da yaşayabilirmişsin gibi davranacaksın.

Çok eşyan olmayacak mesela evinde.

Paldır küldür yürüyebileceksin.

İlle de bir şeyleri sahipleneceksen,

Çatıların gökyüzüyle birleştiği yerleri sahipleneceksin.

Gökyüzünü sahipleneceksin,

Güneşi, ayı, yıldızları…

Mesela kuzey yıldızı, senin yıldızın olacak.

“O benim.” diyeceksin.

Mutlaka sana ait olmasın istiyorsan birşeylerin…

Mesela gökkuşağı senin olacak.

İlle de bir şeye ait olacaksan, renklere ait olacaksın.

Mesela turuncuya, ya da pembeye.

Ya da cennete ait olacaksın.

Çok sahiplenmeden, Çok ait olmadan yaşayacaksın.

Hem her an avuçlarından kayıp gidecekmiş gibi,

Hem de hep senin kalacakmış gibi hayat.

İlişik yaşayacaksın. Ucundan tutarak…

Can Yücəl 1962-ci ildə İngiltərədə 1709-cı ildən qalma, latın hərfləri ilə daşda yazılan türkcə qrammatika kitabını tapıb və bu çox böyük maraqla qarşılanıb. Şeirlərində arqo və ədəbsiz sözlərə çox yer verən və bu səbəblə diqqəti çox zaman öz üzərinə çəkən Can Yücel ilk şeirlərini 1950-ci ildə “Yazma” adlı ilk kitabda toplayıb.

1959-cu ildə dünya şairlərinin şeirlərini sərbəst, amma çox uğurlu şəkildə türk dilinə tərcümə edərək “Her boydan” adlı kitabında toplayıb.

Şəxsi həyatı

Can 1956-cı ildə Gülər Yücellə ailə həyatı qurub. Bu evlilikdən cütlüyün Gözəl və Su adlı iki qızı, Həsən adlı oğlu olub. Onlar məclislərin birində tanış olublar. O zaman Canın 30, Gülər xanımın isə 20 yaşı olub. O zamanlar Gülər Yücel akademiyada rəssamlıq oxuyurmuş. Can Yücel xanımına çoxlu sayda şeirlər həsr edib.

Viran bir rum evi adada oturduğumuz ev

Serinliğine serin

Ferah olmasına ferah ya

Tam bir hakuran kafesi.

Bu deyimi aslına döndürmek için mi nedir

Bir çift de kumru gelip

Yuva yapmış çatısına.

Öyle usturubunla yerleşmişler ki

Çürümüş tahtaların arasına

Dışardan görünmüyorlar hiç.

Yalnız

El-ayak çekildikten sonra

Derinden

Ve civan demlerle demlenircesine

Başlıyor dem çekmeleri

Benim de çökmeye yüz tutmuş

Şu can kafesimde

Kadir sevgilim Güler’e sevgim

ÜSKÜDARA GİDELİM diyor hala

ÜSKÜDARA GİDELİM

Ümumiyyətlə, Can Yücəl ailəsinə qarşı çox diqqətli olub. O, “Balaca qızım Suya”, “Gözələ”, “Yeni Həsən Yolluq”, “Həyatda mən ən çox atamı sevdim” şeirlərini ailə üzvlərinə həsr edib. O, son illərini Muğla şəhərinin “EskiDatça” məhəlləsində yaşayıb. Hər həftə “Ləman”, hər ay isə “Öküz” jurnallarında yazıları və şeirləri yayımlanıb.

Eks Prezident Süleyman Dəmirəli təhqir etməkdə ittiham edilən Yücel, 18 aprel seçkilərində “Özgürlük və Dayanışma” partiyasından İzmirdən millət vəkilliyinə namizəd olub.

12 avqust 1999-cu ildə Can Yücəl gözlərini dünyaya əbədi yumub. Vəfat edən Yücəlin cənazəsi Datçaya gətirilib və 17 avqust 1999-cu ildə, Türkiyədə baş verən dəhşətli zəlzələ günü dəfn edilib.O, çox sevdiyi günəbaxan çiçəkləri ilə son mənzilə yola salınıb.

Gülər Yücel sevimli həyat yoldaşı ilə bağlı xatirələrini onun ölümündən sonra qələmə alıb:

“Əvvəllər məni yaxından və ya uzaqdan tanıyan hər kəs "Canla necə yaşayırsan?" deyə soruşardılar. Məndən nə cür cavab gözlədiklərini də çox yaxşı təxmin edərdim. Onlara cavab verməkdənsə, səssiz qalmağı seçirdim. Tək bir söz demədən... Bu oyunu çox yaxşı oynamağa başlamışdım...

Canda həqiqətən sevən, inancları üçün yanan, dürüst və cəsarətli bir insan olmağın gözəlliyi vardı onda...

İnsanın dünyaya gəlməsi bir möcüzədir. Düşünün, milyonlarla döl hüceyrəsindən bir döl, ana hüceyrə ilə görüşür və bir insan bu dünyaya gəlir. Mən və Can üçün bu böyük dünyada milyonlarla gənc arasında bir-birimizə rast gəlməyimiz bir möcüzə deyilsə, nədir? Amma bizim şansımız qarşılaşanda bunu başa düşməyimiz və sonuna qədər belə yaşamağımızdır...

Bizim evdə şeir bişərdi, eşq bişərdi...

İndilərdə hər kəsin yeni sualı var... Mənə, "Cansız necə yaşayırsan?" deyə soruşurlar. Canımı maraqlanırlar, məni mi? Təbii ki, Canı... Canla yaşamağı təsvir edə bilməyən mən, Cansız yaşamağı necə təsvir edə bilərəm ki? Yalnız bunu deyim, heç birimiz bir-birimizi itirmək istəməzdik. Bunu heç dilə gətirməzdim, amma...

Mənim indi uzaqda bir kənddə həyatımı davam etdirməyimin səbəbi də yəqin ki, budur. Kütləyə qarışmaq istəmirəm. Dilə asan gəlir, düz 43 il birgə olmuşuq. Özü də hər an, zamanın necə gəlib-getdiyinə fikir vermədən.

Evin içindən bağçaya çıxarkən belə "Hara gedirsən" deyəndə, mən də ona "Romaya" deyərdim. İndi bütün yolların hara çıxdığını çox yaxşı anladım...

Bazara, kafeyə birgə gedərdik həmişə. Bizi tanımayan biri, qızım Sudan soruşub ki, bütün günü cavanlar kimi əl-ələ gəzən bu yaşlılar sənin nəyindir?

Bazara gedəndə bir də görürsən itirdim. Bir də görürdüm bazarın o başından “Güləəər” deyə qışqırır. Hirslənirdi mənə, deyirdi, səni bir an belə itirmək istəmirəm. Sonra da əlimdən öpər və var gücüylə öz əlləri arasında sıxardı.

Aradan bu qədər vaxt keçməsinə baxmayaraq, onunla gəzdiyimiz küçələrdə gəzişərkən qulağıma sanki Canın dediyi “Gülər” sözü gəldi. Arxama baxdım, axtardım. Bilirəm orada idi. Təkrar səsləndi. Yenə arxama baxdım, itmişdi. Yox, yox, yox idi...

Günün müəyyən saatlarında, dəyişik duyğulara qapılır insan... Sabah başqa, günorta başqa, axşam tamam başqa duyğular yaşayırsan. Kənd yerində insan daha yaxşı anlayır bunları... Və ya mənə elə gəlir...”

Yücelin ölümünün ildönümü mərasimində bəzi şəxslər onun vəsiyyətinə uyğun olaraq qəbrinə şərab töküb.

2011-ci ildə 18 avqustda Yücəlin məzarı naməlum şəxslər tərəfindən dağıdılıb. Ancaq bir müddət sonra onun məzarı yenidən düzəldilib. Can Yücəlin həyat yoldaşı şairin məzarının dağıldılması görə çox kədərlənib və ölüm ildönümündə “Canın daşını qırdılar” şeirini yazıb:

Yine geldi 12 Ağustos

Yine cırcır böcekleri ötüyor

Bu yıl Ege denizi senin dediğin kadar sakin değil

Ortalık biraz karışık

Kırdılar taşını

Taşı kırmakla kalmadılar, beni de kırdılar

Bu kırma başka türlü bir kırma

Yalnız sana değil Cancığım

O canım usta Mehmet Aksoyun ellerine de vuruldu balyozlar

Dilerim, balyoz vuranların başına bile gelmesin böyle bir şey

Böyle bir acıyı tatmasınlar

Ama bilsinler ki hiç umulmadık yerlerde can buluyor senin şiirlerin

Kuytu bir köşede, bir kayrak taşının üzerinde bu şiirlere rastladığımda, senin sevincini hissediyorum

12 Ağustosta yine geleceğiz senin yanına

Ben, Güzel, Su, Hasan, Defne, Ali, Talat, Denis, Neru, Shive, Narayan hepimiz senin etrafında olacağız

Seni sadece o gün anmıyoruz; rüzgarla, denizin dalgalarıyla, toprakla, suyla hep anıyoruz birtanem

Can Yücəlin sözləri

- Mən gedirəm deyəndə getmə deyən birini deyil, mən də gəlirəm, tək gedə bilməzsən deyən birini istəyirəm.

- Çox çalışdım, getməyə də, qalmağa da. İkisi də eyni acı, ikisi də axmaq. Daha əvvəl də getmişdim, amma belə qalaraq deyil.

- Sevəcəksən, yalnız qaldığında ağlına gələni deyil, heç ağlından çıxmayanı sevəcəksən.

- Sən indi yazdığım şeirləri özünə aid edirsən sevgili? Sənə qafiyəli cümlələr çox gələr. Sətir aralarındakı boşluqlarda özünü inandır.

- “Sənə ehtiyacım var, gəl” deyə bilmək güclü olmaqdı, sənə get deyəndə anladım bunu. Biri sənə get dediyində qalmaq istəyirəm deyə bilməkmiş sevgi, get dediklərində getdiyimdə anladım...

# 2135 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #